Trampı Putinlə bağlayan və oxşadan daha bir hadisə baş verdi
Trampı Putinlə bağlayan və oxşadan daha bir hadisə baş verdAd günü “hədiyyələri”: siyasi qətllər
Dünən Trampın ad günü idi və “hədiyyəsi” çox gözlətmədi. Minnesota ştatında Demokrat Partiyasının iki nümayəndəsinə qarşı silahlı hücum təşkil edilib. Nəticədə onlardan biri ölüb, digəri isə ağır yaralanıb.
Ştat qanunverici orqanının üzvü Melisa Hortman və onun həyat yoldaşı Mark Hortman hücum zamanı qətlə yetiriliblər. Digər hücum isə ştatın yerli senatoru Con Hoffman və onun həyat yoldaşı İvetə qarşı olub. Onlar ağır yaralanıblar və təcili əməliyyat olunublar.
Hər iki siyasətçi yerli Demokrat Partiyasını təmsil edir.
Minnesota ştatının qubernatoru bildirib ki, baş verənlər “siyasi motivli sui-qəsd cəhdi” təəssüratı yaradır.
Qeyd edək ki, siyasi qətllərin ad gününə “hədiyyə” təqdim olunması ənənəsinin əsası Rusiyada qoyulub. 2006-cı ilin 7 oktyabrında Vladimir Putinin ad günündə tanınmış jurnalist Anna Politkovskaya qətlə yetirilmişdi.
P.S. Bunu da qeyd edək ki, dünən Trampa qarşı keçirilən “Krallara yox” adlı ümumölkə aksiyası möhtəşəm və izdihamlı şəkildə baş tutdu. Milyonlarla insan küçələrə çıxaraq Trampın yürütdüyü siyasətin əleyhinə etiraz etdilər.
Kamran Cəfərov
TEREF
 

Dünyapress TV

Xəbər lenti