Belqorod vilayətinə növbəti hücum cəhdi olub - Rusiya MN
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Belqorod vilayətinə növbəti dəfə hücum cəhdi etdiyini açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya MN iyunun 4-də dövlət sərhəd mühafizə bölmələri Ukrayna silahlılarından ibarət diversiya təxribat qrupunun Belqorod vilayətinin Novaya Tavoljanka ərazisində çayı keçmək cəhdini aşkar etdiyini bildirib.

Qeyd olunub ki, Ukrayna silahlılarına artilleriya zərbəsi endirilməsi nəticəsində onlar geri çəkilib.
 

Dünyapress TV

Xəbər lenti