Müharibə Rusiya ərazisinə inikas olunub. Rusiyanın Ukrayna ilə sərhədə yaxın Belqorod şəhəri ətrafında döyüşlər, Moskva səmasında isə Ukrayna istehsalı savaş dronları qeydə alınıb. Müharibənin gedişində Rusiyada keçmiş aylarda olduğu kimi neftayrıma zavorlarında müəammalı partlayışlar da baş verə bilər. Rusiya Ukraynaya qarşı bir ildən çoxdur işğalçı müharibə aparır, minlərlə günahsız insan həlak olub, şəhərlər dağıdılıb, paytaxt Kiyev tez-tez raket atəşinə tutulur. Buna cavab olaraq Ukrayna müharibəni tədricən Rusiya ərazisinə keçirməyə çalışır. Bu Kiyevin Rusiya cəmiyyətinə mesajıdır ki, işğalçı müharibəni davam etdirdiyiniz halda bizim kimi sizin rahat həyatınız da pozulacaq. Bu bir növ Birinci Çeçenistan savaşında çeçen mücahidlərin əks-həmlələrinə bənzəyir. Çeçenistan şəhərlərinin və kəndlərinin dağıdılmasına, minlərlə dinc sakinin qətlinə cavab olaraq çeçen mücahid Şamil Basayev dəstəsi ilə Rusiyanın Budyonovks şəhərinə hücum əməliyyatına baş vurmuşdu. Ukrayna hazırda keçmişdə çeçen mücahidlərin həyata keçirdiyi strategiyadan istifadə edir. Elxan Şahinoğlu Teref.az