Putin ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışına çağırılması barədə fərman imzaladı
Rusiya Prezidenti Vladimir Putin ehtiyyatda olan hərbi vəzifəlilərin təlim toplanışına çağırılması haqqında fərman imzalayıb.

Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

“2023-cü ildə ehtiyatda olan Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyası Silahlı Qüvvələrində, Rusiya Federasiyası Milli Qvardiyasının qoşunlarında, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidmətinin orqanlarında hərbi təlim keçməyə çağırılır”, - sənəddə deyilir.

Dünyapress TV

Xəbər lenti