Ardını oxu...
Azərbaycan bölmələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan erməni hərbçilərin sayı artaraq 19 nəfərə çatıb.

Bunu qondarma rejimin oyuncaq “səhiyyə naziri” Mikayel Airyan “Azadlıq” radiosuna müsahibəsində bildirib.

O deyib ki, vəziyyəti ağır olan 4 yaralıdan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu saatlarda tamamlanıb.

Digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Yaralıların İrəvana gətirilməsinə ehtiyac olub-olmadığını soruşduqda o, deyib ki, buna ehtiyac var: “Yaralıların bir hissəsi artıq çatdırılıb, qalanları yoldadır”.

***

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.

Nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.

Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.





Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
 
Ardını oxu...
Ukrayna “Dronların ordusu” layihəsi çərçivəsində dron-kəşfiyyatçılar üçün təqribən 20 milyon dollar toplayıb. Avqustun 3-də bu multikopterlərin ilk partiyası cəbhəyə yola salınıb.

Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib.

“Bu PUA-lar bu gün cəbhə xəttinə gedəcək. Onların arasında ən yaxşı dronlardan biri də “FlyEye”dir ki, sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata bilər. Bu, kəşfiyyatçılara düşmən xəttinin arxasına keçməyə və mühüm məlumatlar əldə etməyə imkan verəcək. “Dronlar ordusu” üçün artıq 751 milyon qrivna (20 milyon dollar) yığılıb. Avqustun sonunadək 200 kəşfiyyat dronunun alınması planlaşdırılır. Bununla bağlı Ukraynanın PUA istehsalçıları ilə danışıqlar aparılır”, - deyə Fedorov bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri DJI Matrice 300 dronları ilə gücləndiriləcək. Bu dronlar güclü kameralara və termal sistemlərə malikdir. (Mənbə: Gazeta.ru)
 
 
 

Dünyapress TV

Xəbər lenti