Oktyabrın 5-də səhər saatlarında Rusiya qüvvələri Kiyev vilayətindəki Bila Tserkva şəhərinə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba teleqramda yazıb.
İlkin məlumata görə, işğalçı qüvvələr hücumu İran istehsalı kamikadze dronları ilə həyata keçirib:
“Bila Tserkvada bir neçə partlayışla bağlı məlumat var. İlkin məlumatlara görə, şəhərə kamikadze pilotsuz uçuş aparatları hücum edib. Bu səbəbdən infrastruktur obyektlərində yanğınlar baş verir. Bir zərərçəkmiş var”. Qeyd edək ki, Bila Tserkva şəhəri paytaxtdan 70 km cənubda yerləşir.