XTQ Türkiyədə, Hulusi Akar Bakıda
Hulusi Akarın Bakıya səfəri bir neçə kontekstdə diqqət çəkir:
- Son sərhəd toqquşmasından sonra Ermənistan yeni hücuma hazırlaşdığını gizlətmir: bu ölkənin baş qərargah rəisinin müavini hücumla bağlı əmr aldıqlarını açıqladı;
- Etirazların yaşandığı İran diqqəti Azərbaycan üzərində fokuslayır və Tehranda Azərbaycanın Ermənistanla dövlət sərhədini bərpa etmək istəyinə qarşı mümkün müdaxilə ssenarilərinin nəzərdən keçirildiyi də istisna deyil;
- Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Türkiyədə “Bordobərəlilər”lə birgə təlimlərə başlayıb (4-14 oktyabr);
Adətən təlimləri iki ölkənin hərbi rəhbərliyi birgə izləyir, lakin bu dəfə XTQ-nin Türkiyəyə, Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlişi maraqlıdır:
1. İki ölkə mümkün risklərə qarşı birgə plan üzərində işləyir;
2. Ermənistanın gözlənilən təxribatına əks-cavab əməliyyatı istisna deyil;
Akarın nümayəndə heyəti ilə Bakıya gəlişi dövlət sərhədinin bərpası üçün praktiki addımların atılması zərurəti yaranacağı təqdirdə üçüncü tərəflərin mümkün müdaxilə riskinə qarşı çəkindirici mesaj xarakteri də daşıyır: üçüncü tərəf kimi daha çox İran aktivlik nümayiş etdirir, o cümlədən, Fransanın da Ermənistana hərbi dəstək verməsi gözləntiləri var!
Asif Nərimanlı
Teref.az
 

Dünyapress TV

Xəbər lenti