"Avazı yaxşı gəlsə də, görünür oxuduğu "Quran" deyil" - Rayon sakini icra hakimiyyətinin yalanına qəzəbləndi
Artıq, 1 ilə yaxındır ki, "DogruXeber.az" informasiya portalında Qazax rayonunun müxtəlif sakinləri tərəfindən redaksiyamıza olan müraciətlər demək olar ki, ardıcıl yayımlanır.

Müraciətlər müxtəlif şəxslər tərəfindən göndərilsə də ümumi narazılıqların tək ünvanı Qazax rayon İcra Hakimiyyətidir.

Bu tərəfdə sakinlər redaksiyamıza müraciət edib İcra başçısı Rəcəb Babaşovun onları qəbul etmədiyindən, problemlərini dinləmədiyindən və həlli istiqamətində heç bir köməklik göstərilmədiyindən danışır, digər tərəfdə isə Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində Rəcəb Babaşovun prezidentin tapşırıqlarının və öz səlahiyyətlərini "layiqli şəkildə icra etdiyindən" danışılır.

Yeri gəlmişkən, Qazax rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yanvar ayının 27-də belə bir məlumat paylaşılıb.

Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğı hər bir dövlət məmuruna örnəkdir. Bütün sahələrdə vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsi onu söyləməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri də bu məqsədə xidmət edir.

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədi daşıyır. Bu həftə ərzində müraciət etmiş daha 20 nəfər vətəndaşın istəyi yanvarın 27-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

“Hər bir dövlət məmurunun vəzifə borcudur ki, vətəndaşlara layiqli xidmət göstərsin, vətəndaş məmnunluğunu təmin etsin. Ən əsası da dövlət məmuru olaraq çalışmalıyıq ki, bunu öz əməli işlərimizdə göstərək”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edib. Vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Sonra Qazax şəhər sakinləri Abbasov Qurban Ağəli oğlunun, Kərimov Aqşin Aliq oğlunun, Məmmədova Mehriban Baba qızının, Məhərrəmova Tərlan İsaxan qızının, Pirvəliyeva Gülnarə İmran qızının, Salahov Şeyda Məhəd oğlunun, Nəsibov Məhəmmədəli Fikrət oğlunun, Mirzəyeva Zərqələm Hüseyn qızının, Qazaxbəyli kənd sakini Salmanov İmran Salman oğlunun, İkinci Şıxlı kənd sakini Abbasov Natiq Abbas oğlunun, Ağköynək kənd sakinləri İsrafilova Lamiyə Vilayət qızının, Süleymanova Səməngül Tağı qızının, Daş Salahlı kənd sakini Göyüşova Təranə Vahid qızının, Kosalar kənd sakini Orucova Lalə Cəbi qızının, Çaylı kənd sakinləri Aslanov Elşən Rafayıl oğlunun, Mehdiyeva Gülbəs Calal qızının, Xanlıqlar kənd sakini Mustafayeva Nazan Mahmud qızının, Bağanıs Ayrım kənd sakini Əsgərova Mətanət Mustafa qızının, Kəmərli kənd sakini Süleymanov Ramiz Nizami oğlunun, Birinci Şıxlı kənd sakini Süleymanov Kamran Mustafa oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib.

Vətəndaşların işlə təmin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların həyətyanı torpaq sahəsi ilə təmin edilməsində köməklik göstərilməsi barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib."


İcra Hakimiyyətinin bu məlumatından sonra Qazax rayon Ağköynək kənd sakini 16.06.1987 təvəllüdlü İsrafilova Lamiyə Vilayət qızı redaksiyamızın elektron poçt ünvanına belə bir məktubla müraciət edib.

"DoğruXəbər. Az saytının rəhbəri hörmətli Kamal Əsgərova Qazax rayon Ağköynək kənd sakini 16.06.1987 təvəllüdlü İsrafilova Lamiyə Vilayət qızı tərəfindən
Müraciət
Yazıb sizi məlumunuz edirəm ki ali təhsilliyəm.iki evladım var.Bir ay əvvəl Qazax rayon icra hakimiyyətində Rəcəb Babaşovun qəbulunda oldum.Öz problemim ilə əlaqədar danışmaq istədikdə dinləmədən mənə yüksək səslə qışqıraraq bura bazar deyilki iş satsınlar dedi.Otağa girməyimlə çıxmağım bir oldu.Bir Azərbaycan qadını olaraq qüruruma toxundu. Baxmayaraq ki ölkə rəhbərimiz dəfələrlə öz çıxışlarında hər bir məmur xalqın xidmətçisidir desə də rayonda hal hazırki vəziyyət heç də elə deyil. Vətəndaşları xüsusi ilə də qadın olaraq məni utandıraraq yüksək səslə hər kəsin yanında üstümə qışqırması məni məyus etdi.Buna baxmayaraq bir saat keçməmiş artığ Göyəzən saytına şəklimi yerləşdirilib guya vətəndaşların problemləri həll olunur kimi yerləşdirməkləri məni qəzəbləndirdi. Ali təhsilim olmasına baxmayaraq iş tapa bilmirəm.Neçə il öncə müəllimlər müsabiqəsində iştirak edərək keçid balıda topladım.Ancaq nə ixtisasım üzrə nə də ümumiyyətlə bir iş tapa bilmirəm.Mən ən ağır döyüşlərdə iştirak edən iki hərbiçinin bacısıyam.Bir ana ,bir bacı kimi sizdən xahiş edirəm mənim haqq səsimi aidiyyatı yerlərə çatdırardınız.Öncədən təşəkkür edirəm."

İcra Hakimiyyətinin rəsmi saytlarda yayımladığı məlumatların nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyi barəsində məlumatı elə güya qəbulda olan rayon sakinindən almaq təəccübləndirməsə də, maraqlıdır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Asiman

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti