""Hafka" Hafiz və oğlu  evlərində işlətdikləri nökərin adına bir milyon kredit götürüblər - ŞİKAYƏT"/VİDEO
Teref.az olaraq saytımızın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik. Şikayətçi yazır:
Ucar rayonu Boyat kənd sakini Güləliyev Andrey Nəsib oğlu tərəfindən

ŞİKAYƏT

Hafiz Məmmədov (Hafka Hafiz) və oğlu Kənan məni aldadıb adıma küllü miqdarda kredit götürüb aldadıb məni pis vəziyyətə qoyublar.
Belə ki, mən qohumumun vasitəsi ilə 2009-cu ildə Hafka Hafizin Bakı şəhərindən Teymur Əliyev küçəsindəki villasında qulluqçu işləyirdim.2012-ci il tarixdə Hafka Hafiz mənə dedi ki, şəxsiyyət vəsiqəni götür nümayəndə ilə get «ZQAN» banka sənədə imza et səni yeni vəzifəyə təyin edirəm.Məndə Hafka Hafizin nümayəndəsi ilə gedib əvvəlcədən hazırlanmış sənədə imza etdim.Sonradan mənə məlum oldu ki, Hafka Hafiz mənim adıma 700.000 (yeddi yüz min) manat ZQAN bankdan kredit götürüb.Bir neçə ay sonra isə mənim iştirakım olmadan Hafka Hafizin oğlu Kənan ZQAN bankdan mənim adıma 100.000 ABŞ dolları kredit götürüb.
Mən bu barədə Hafka Hafizə dedikdə bildirdi ki, narahat olma kredit vaxtında ödəniləcək heç bir qorxusu yoxdur.Mən onun imkanna və kişi kimi söz verməsinə iananıb arxayın oldum.
Ancaq 2018-ci ildə Hafka Hafizin villasından işdən çıxıb başqa idarədə tır maşnına sürücülük etməklə məşğul olmağa başladım.2020-ci il tarixdə mənə Ucar Məhkəməsindən bildiriş gəldikdə məlum oldu ki, kredit borcuna görə mənə qarşı iddia qaldırılıb.Kredit borcum olaqn 700 min manat faizlər hesablanmaqla 875 min manat, 100 min ABŞ dolları isə 196 min ABŞ dolları olmuşdur.Bu isə ümumilikdə bir milyan manatdan çox pul edir.“ZQAN” və “Bank of Azərbaycan” bankları müflis olduğu üçün səlahiyətləri əmanətlərin sığortası fonduna keçmişdir.
İndi mən Azərbaycandan kənara yük daşıya bilmirəm çünki bir milyon manatdan çox kredit borcum olduğu üçün ölkədən çıxışıma stop qoyulub.Həttda borcu ödəyə bilməsəm məni həbs gözləyir.Mənim isə nəinki bir mlyonu heç min manatı ödəməyə maddi imkanım yoxdur.Hafka Hafiz və oğlu Kənan məni aldadıb cinayət yolu ilə adıma kredit götürüb evimi yıxıblar.Onların bu hərəkətləri cinayət əməli hesab olunur.
Qeyd edim ki, həttda kredit götürülən zaman bankın sədr müavini Şamil Aslanov bütün sənədləri özü hazırlayıb gətirdi mənə imza etdirdi.Sonradan mən Şamil Aslanova zəng edib məni nə üçün aldatdıqlarını bildirdikdə dedi ki, mən 500 min manata qədər kreditin verilməsində iştirak edirəm ondan yuxarı məbləqlərə Hafka Hafiz özü razılıq verməlidir.Həmin vaxt mən Şamil Aslanova bildirdim ki, bəs Kənan Məmmədov 100 ABŞ dolları krediti iştirakım olmadan mənim adıma götürməsinə nə üçün razılıq vermisən sualını verdikdə cavab verə bilmədi.Dedi bütün bu saxtakarlıqları Hafka edib.Şamil Aslanovla aramda telefon danışıqları olan səs yazısı var.
Qeyd edim ki, “ZQAN” və “Bank of Azərbaycan” banklarının sədr müavini Şamil Aslanov hazırda Xətai rayon icra hakimiyyətində məsul vəzifədə işləyir.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən xahiş edirəm şikayətimi araşdırıb mənə qarşı cinayət törətmiş Hafka Hafizin və oğlu Kənanın barəsində ciddi tədbirlər görəsiniz.
Teref.az olaraq vətəndaşın qaldırdığı iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti