DSX-DƏN HAQSIZ QOVULAN GIZIR ALIM CƏNNƏTOV ƏDALƏTI AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSINDƏ AXTARMAQ NIYYƏTINDƏDIR
Yenidən gündəmə gətirmək istədiyimiz bu mövzunun qayəsini sadiq oxucularımız xatırlayarlar. Onların sırasına yeni qoşulanlara məlum edirik ki, Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.

Məruz qaldığı haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintaq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən işin halları araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Dövlət Sərhəd Xidməti qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir.

Qeyd edək ki, “Dəryaz” qəzeti (“Deryaz.az” veb-saytı Alim Cənnətovun valideynlərinin redaksiyamıza müraciətləri əsasında artıq dörd dəfə bu mövzuda məqalələr hazırlayaraq oxucularına təqdim etmişdir. Həmin məqalələrdə bu məsələ ilə əlaqədar təfərrüatlar, məhkəmə ədalətsizliyi ilə bağlı məqamlar öz əksini tapmışdır.

Hüquqları uğrunda mübarizə aparan Alim Cənnətovla DSX-nin mübahisəsi ilə bağlı Ali Məhkəmənin növbəti iclası fevralın 3-də hakim Rahib Nəbizadənin sədrliyi ilə qiyabi icraat qaydasında keçirilib. Alimin atası Cənnət Cənnətov redaksiyamıza müraciət edərək bildirib ki, əslən Gəncə şəhərindən olduqları üçün vaxtilə Gəncə Apellyasiya Məhkəməsində işləmiş Rahib Nəbizadə qədim Nizami yurdunun, İmamzadə ocağının yerləşdiyi məkanın saf havasını udduğuna və ədalət tərəfdarı olacağına çox ümid ediblərmiş Lakin çox əfsuslar olsun ki, hakim Rahib Nəbizadə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarını qüvvədə saxlayıb. Cənnətovların apellyasioya məhkəməsinnin iclasının qeydə alınmış audio-video yazısının çxarılaraq baxılması barədə verdikləri vəsadət də təmin olunmayıb. C.Cənnətov apellyasiya məhkəməsində Azər Hüseynovun ədalətsiz qərar çıxarmasını, daha doğrusu birinci instansiya məhkəməsinin ədalətli qərarını ləğv etməsini özünün pensiyaya çıxmaq ərəfəsində nüfuzlu dövlət qurumu olan Dövlət Sərhəd Xidmətini uduzdurmuş hakim kimi yadda qalmaq istəməməsi, Dövlət Sərhəd Xidmətindən gələn təzyiqlərə və yaxid, cazibəıdar təkliflərə duruş gətirməyərək müstəqil qərar çıxara bilməməsi ilə əlaqələndirirlər. C.Cənnətov birinci instansiya məhkəməsində şəhid anası, ahıl yaşlı Rəfiqə Cənnətovanın göz yaşlarına laqeyd qalmayaraq ədalətli qərar çıxarmış hakim Mehriban Qarayevadan fərqli olaraq, sonrakı məhkəmələrin hakimləri Azər Hüseynovla Rahib Nəbizadənin bir növ “kişi həmrəyliyi” nümayiş etdirdiklərini müşahidə etdiyini vurğulayıb. C.Cənnətov həmçinin qeyd edib ki, Ali Məhkəmədə Dövlət Sərhəd Xidmətini təmsil edən nümayəndənin dəyişdirilərək, məsələdən səthi məlumatı olan Yavər adlı keçmiş polis polkovniki ilə əvəzlənib. Hərçənd, yenə də Ali Məhkəmənin Dövlət Sərhəd Xidmətindən tələb etdiyi məlumatlar məhkəməyə məhz Namiq Cəlilov və Rövşən Bayramov tərəfindən, onların imzası ilə təsdiqlənərək göndərilib.

C.Cənnətov həmçinin bildirib ki, Ali Məhkəmənin məlum iclasından sonra Rövşən Bayramovla telefon əlaqəsi saxlayıb və apellyasiya məhkəməsində müşahidə olunan bəzi ədalət işartılarının Alim Cənnətovun xeyrinə həll olunacağını vəd etdiyi halda iclasın sonunda dərhal deyil, bir neçə gün sonra çıxarılan qərarın Alimin əksinə olması barədə nə düşündüyünü soruşub. Rövşən Bayramov etiraf edib ki, onun vəzifəsi təmsil etdiyi qurumu məhkəmədən qalib çıxarmaq idi və o, həmin vəzifənin öhdəsindən gəlib. Söhbətin bu məqamında C.Cənnətov R.Bayramovu müqəddəs Quran kitabına əl basmaq şərti ilə imtahana çəkib. Həmin an R.Bayramov qıcıqlanaraq qəzəblə telefonu qapayıb.

C.Cənnətov 60-a yaxın yaşı olduğunu, övladının haqq işi uğrunda mübarizədə sonadək getməyi qərara aldığını, bu yolda hətta şərlənərək həbsə atıla nbiləcəyini belə gözə aldığını bildirib: “Növbəti mərhələlərdə — Ali Məhkəmənin Plenar iclasında da, Konstitusiya Məhkməsində də uduzdurulacağımız istisna deyil. Mərdi qova-qova namərd edərlər deyib atalarımız. Azərbaycanda ədalətli nəticə hasil olmasa, ta ki, Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ertməyə çalışacağıq. Bilirik ki, vəkil xərcləri ağırdır, yolumuzda maneələr qurulacaq, Avropa İnsan Haqları Məhkəməsinə üz tutmağın ölkəmizin nüfuzuna xələl gətirəcəyi bizə xatırladılacaq. Amma buna görə biz utanmalı deyilik, müraciət etdiyimiz möhtərəm Prezidenti, vitse-Prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevi aldadaraq yanlış məlumatlar verən, hətta müraciətlərimizin ünvana çatdırılmasını əngəlləyən Namiq Cəlilov, Rövşən Bayramov kimi məmurlar utanmalıdırlar, haqqı deyil, o məmurların mənafeyini müdafiə edən Azər Hüseynov və Rahib Nəbizadə kimi məhkəmə hakimləri xəcalət çəkməlidirlər”.

Deryaz.az
 
 
 

Bölmənin digər xəbərləri

28 Noyabr 2024 "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
28 Noyabr 2024 Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
28 Noyabr 2024 Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
28 Noyabr 2024 QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
28 Noyabr 2024 “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
28 Noyabr 2024 “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...

Dünyapress TV

Xəbər lenti