"Azərpoçt" biznesin inkişafına necə zərbə vurur? - Fantastik daşıma qiymətləri
Azərbaycanda dövlətin iqtisadiyyatdakı rolu daha çox nəzarətedici xarakter daşıyır. Bu modelə üstünlük verən ölkələrdə dövlət özü iqtisadiyyatda iştirak etmir, iqtisadi münasibətləri tənzimləyir, ona nəzarət edir.
Ancaq bəzi hallarda bir sıra nazirlik və digər qurumların tərkibində fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) statuslu dövlət şirkətləri biznesdə iştirak edir. Bu MMC-lər dövlət subsidiyaları ilə fəaliyyət göstərirlər. Onlar gəlir əldə edə bilərlər, ancaq gəlirlə işləmədikləri müddətcə dövlət büdcəsindən onlara vəsait ayrılır, hər hansı yeni bir texnologiya, yeni layihələrlə bağlı ideyalar olarsa, dövlət tərəfindən maliyyələşir. Sadə dildə desək, dövlət, biznes qurumlarından topladığı, vətəndaşlardan aldığı vergi hesabına formalaşan dövlət büdcəsi ilə belə MMC-lərə pul ayırır.

Ancaq bəzən bu MMC-lər özləri biznes qaydalarını pozur, dövlət büdcəsindən aldıqları subsidiyalar hesabına bazara dempinq etməklə məşğul olurlar. Bu baxımdan Azərpoçt MMC-nin fəaliyyəti xüsusilə diqqəti çəkir.
Belə ki, Azərbaycanda son 6 ildə populyarlaşmağa başlayan biznes sahələrindən biri də xarici ölkələrdən daşıma xidmətidir. Azərbaycanda vətəndaşların xarici ölkələrin elektron kommersiya saytlarından aldıqları məhsulun ölkəyə daşınmasını həyata keçirən 100-ə yaxın şirkət var. Bu sahədə azad rəqabət olduğu üçün həm biznesin inkişafına zəmin yaranır, həm də daşıma xidmətinin özü günü-gündən inkişaf edir. Təbii ki, bu kimi şirkətlər poçt xidmətləri sahəsinə aid olduğu üçün bu sahədə fəaliyyət göstməyə görə lisenziyanın alınması vacibdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət Azərpoçt MMC bir neçə ay öncə digər şirkətlər kimi müştərilərin "Trendyol", "Amazon", "Hepsiburada" və s. elektron tircarət saytlarından aldıqları məhsulu ölkəyə gətirməyə başladı. İlk baxışdan burda qəribə bir şey yoxdur. Bu, gəlir əldə edə bilən bir dövlət şirkətinin öz profilinə çox da yad olmayan bir sahədə fəaliyyətidir.
Ancaq son zamanlar görünür ki, Azərpoçt MMC dövlətdən aldığı subsidiyalar hesabına bazar qaydalarına suni maneələr yaradır, qiymət siyasətinə ciddi zərbələr vurur. Belə ki, bu qurum bu günə qədər görünməyən qiymətlərlə xidmət göstərir. Belə ki, Türkiyədən 1 kq ağırlığında yük üçün daşınma qiyməti 2 ABŞ dollarıdır.
Kiçik bir araşdırma etdikdə məlum olur ki, bu qiymətə Türkiyədən məhsul daşımaq gətirilən yükün həcmindən asılı olmayaraq zərərlə işləmək deməkdir. Özəl biznes qurumları bu qiymətə indiyə qədər məhsul daşımayıb. Çünki onların ayın sonunda əməkdaşlara əmək haqqı vermək, dövlətə vergi ödəmək və qazanc əldə etmək öhdəlikləri var. Ancaq görünən odur ki, Azərpoçt MMC-nin belə bir öhdəliyi yoxdur. Çünki ayın sonunda əməkdaşların əmək haqlarını dövlət büdcəsindən ödəyir. Bu qurum gəlir əldə etməsə, zərərlə işləsə belə dövlətdən subsidiya alacaq. Bununla nə özəl sektorun inkişafına şərait yaradılır, nə də özləri qazanc əldə edirlər.
Bu yaxınlarda bu formada bazara qiymət dempinqi edən, rəqabət şəraitini pozan beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən “Bolt” şirkətinin Azərbaycan nümayəndəliyi külli miqdarda cərimələndi. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı açıqlamada qeyd olunurdu ki, “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbuluna qanunsuz təsir göstərib və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozub.
Ancaq görünən odur ki, dövlət şirkəti olaraq Azərpoçt MMC-də qanunun tələblərinə əməl etmir.
Maraqlıdır, bəs nədən eyni sanksiya "Azərpoçt"a tətbiq olunmur?
BakuPost
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-02_1676637437_2.jpg
 

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti