Milyonları mənimsəmişdim ki,əmək müqaviləmə xitam verildi?
"Bölmə müdiri ilə anbardarın arasında olan ziddiyyət və Kənd Təsərrüfatı Nazirliyinə tabe "Aqroservis" ASC-dən gələn göstəriş əsasında əmək müqaviləmə xitam verildi."
Bu fikirlər Faktinfo.az saytına "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsinin əmək müqaviləsinə xitam verilmiş mühəndis-mexaniki İsgəndərov Qədir İsgəndər oğlu tərəfindən göndərilən növbəti şikayət məktubundandır.

Şikayətçi bildirir ki, 20.12.2022-ci il səhər saatlarında "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində anbardar vəzifəsində işləyən Əliyev Emin Şahin oğlu işə gecikib.Günorta saatlarında isə Emin Əliyev gözlənilmədən işdən gedib.Emin Əliyevin hər iki hərəkəti nəzərə alınmaqla,Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov tərəfindən akt tərtib olundu,4 nəfər akta qol çəkdi, onlardan biri də mən oldum.

Onu da bildirim ki, ilin sonu, bayram qabağı olduğundan bölmə müdiri Cavanşir Əmrahovdan xahiş etdim ki, aktı elektron variantda "Aqroservis" ASC-yə göndərməsin. Təkidlərim nəticəsiz qaldı, bölmə müdiri aktı göndərdi. Bundan bir az sonra "Aqroservis" ASC-dən bölmə müdirinə zəng gəldi,ondan haqqımda təqdimat yazılması istənilirdi. Cavanşir Əmrahov "Qədir İsgəndərovdan deyil, bəlkə Emin Əliyevdən təqdimat yazılmasını istəyirsiniz" - bildirsə də,bölmə müdirindən mənim təqdimatını tez yazması istənildi. Bir az sonra təkrar bölmə müdirinə zəng edildi. Bu dəfə zəng edən "Aqroservis" ASC-nin kadrlar şöbəsinin müdiri Elnur müəllim idi. O, telefonda "sədrin göstərişidir" - deyərək, Cavanşir Əmrahovdan tez-tələsik mühəndis-mexanikin təqdimatını yazması tələb edildi.

Təqdimat 17:35 yazılıb göndərildi, iş saatının qutarmasına baxmayaraq,"Aqroservis" ASC 18:21 dəqiqədə mənimlə bağlanmış əmək müqaviləsinə xitam verdi. Bir neçə gün sonra iştirakım olmadan Ağstafa bölməsinin müdiri Cavanşir Əmrahov və anbardar Emin Əliyev "Aqroservis" ASC-yə çağrıldılar. Tərəflər barışdırıldı, əmək müqavilələri uzadıldı.Onu da deyim ki,anbardar Emin Əliyev atasının Kənd Təsərrüfatı nazirinin müşaviri ilə yaxın dostluq əlaqələrinin olması fikri var idi. Onun bir müddətdən sonra "Aqroservis" ASC-nin Ağstafa bölməsinin müdiri olmasına dair söhbət də dolaşırdı. Bunu bölmə müdiri Cavanşir Əliyev bilirdi. Buna görə hər iki şəxs uzun müddət idi ki, çəkişirdi. Yaranan narazılıqdan olunan şikayət düzgün araşdırılmadı, idarədə yeganə kənd təsərrüfatı mütəxəssisi olmağım nəzərə alınmadı, təqaüd yaşıma 3 il qalmış mühəndis-mexanik vəzifəsindən kənarlaşdırıldım.Deyilənlər və danışılanlar düz çıxdı, bir müddət əvvəl anbardar Emin Əliyevin "mən istəsəm sizin hamınızı bu idarədən çıxartdıraram" fikri təsdiqləndi. Digər tərəfdən də, adamın Kənd Təsərrüfatı Nazirliyində, "Aqroservis" ASC-də müdafiəçilərinin olduğu bir hadisədə müəyyənləşdi.

Şikayətçi əlavə edir:" Bir aydan artıqdır ki, KTN İnam Kərimova teleqram vurmuşam, məktub ünvanlamışam, heç bir cavab verilməyib.Məcburiyyətdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, daha sonra vitse prezident Mehriban Əliyevaya teleqram göndərməli oldum. Belə görünür, mən hələ çox orqanlara şikayət etməli olacam.Lazımdırsa, 65 yaşına qədər haqsız işdən çıxarıldığıma dair mübarizə aparacam.

Hələlik burdan Kənd Təsərrüfatı naziri İnam Kərimova, "Aqroservis" ASC-nin sədri Elmin Rəhimova bildirmək istəyirəm ki, 40 ilin kənd təsərrüfatı mütəxəssisinin təqaüd yaşına 3 il qalmış bağlanmış əmək müqaviləsinə xitam vermək bu qədərmi asandır və sizlər üçün bu davranış heç bir mahiyyət kəsb etmirmi?

2017-ci ilin fevral ayının 17-dən "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa bölməsində mühəndis-mexanik, həmin ilin oktyabr ayından Ağstafa bölməsinin müdiri vəzifəsini icra etdim.2021-ci ilin dekabr ayında tutduğum vəzifədən məni azad edib,2022-ci ilin fevral ayında təkrar mühəndis-mexanik vəzifəsinə qaytardınız.İdarəyə maşın və mexanizmlərə aid inventarizasiya yoxlaması gəldi, bir əskiklik, dövlət əmlakının mənimsənilməsi faktı aşkarlandımı? Təbii yox!

Elə isə indi niyə kənd təsərrüfatı mütəxəssisini işdən kənarlaşdırırsınız? Yəni mən uğursuz, heç bir işə yaramayan hüquqşünaslar,İnam Kərimovun yerliləri,qohumları,tarix,ədəbiyyat,neftçi və digəriləri qədərdə yoxam,41-42 dərəcə istidə kondisionerin altında mürgüləyən mexanizasiyadan bixəbərlər qədərdə deyiləm?

Bəlkə, "Aqroservis" ASC-nin gəlirini binaların icarəsində,"ehtiyat hissələrinin" alınmasında,milyon manatları kombayn və s. xərclər adı altında mənimsəmişdim ki, əmək müqaviləmə xitam verildi? Deyin bilək!

Həqiqətənmi, düşünürsünüz ki, kənd təsərrüfatı sektoru Ağstafa rayonu, Ceyrançöl ərazisindən başlamış ölkənin dörd bir tərəfinə səpələnmiş qohum-əqrəba, qeyri-peşəkarlardan ibarət "komanda" ilə müəyyənləşdirilir və bunu bir gün İnam Kərimov və onun uğursuz "hüqüqşünas" dəstəsindən sorğu-sual edən tapılmayacaq?

FAKTİNFO.AZ

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti