DİA.AZ: - "Xahiş edirik sizdən, bizim səsimizi yuxarılara çatdırasınız..." DİA.AZ bildirir ki, bu barədə Yardımlı sakinləri adından edilən müraciətdə qeyd olunur. Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət eetsələr də, onların səsini eşidən olmayıb.
Sakinlər dia.az-a yazır: "Yardımlı rayon İcra Hakimiyyəti ciddi yoxlama lazımdır. Bu vaxta qədər icra başçısını sorğu-sual edən olmayıb.
Rayonda rəhbərlik tərəfindən bütün tenderlər yeyilib... yolların abadlıq pulları yeyilib... xidmət şöbələrində işçilər üçün ayrılan geyim pulları mənimsənilib... vətəndaşların göz dikdiyi ünvanlı sosial yardım pulları müxtəlif yollarla mənmsənilməkdədir.
Yardımlı rayonunda yolqırağı torpaq sahələrinin hamısı qanunsuz olaraq yerli rəhbərlik tərəfindən satılıb və bu vaxt özbaşınalıq baş verib, bütün bu işlər heç bir sənədləri olmadan.
Yardımlı rayonunda sosial vəziyyət çox acınacaqlıdır, nə Yerli İcra Hakimiyyətinin Başçısı edilən şikayətlərə əhəmiyyət verir, nə də Bakıya edilən şikayətlərə diqqət ayrılır..."
DİA.AZ bildirir ki, Yardımlı sakinləri adından edilən müraciətdə konkret məmurlarla bağlı ittihamlar da səsləndirilib. Bu brədə araşdırmalarımız yekunlaşandaan sonra bilgiləri təqdim edəcəyik.
İddia olunanlrla bağlı dia.az olaraq qarşı tərəfi dinləməyə hazırıq...