"Kənd Təsərrüfatı Naziri təyin olunandan bu yana İnam Kərimov aqrar sahədə hansı savadın sahibi olduğunu göstərdi. Şəki rayonunda ipəkçiliyin inkişafı ilə bağlı tədbirdə İnam Kərimov baramanı təqdim edənlərdən soruşdu ki, Siz baramanı neçə dəfə suvarırsınız? Gah da fermerlərlə görüşdə quzu qucaqlayaraq Kənd Təsərrüfatı naziri olduğunu bildirdi". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra iddia olunur ki, İnam Kərimov nazir təyin ediləndən bu yana kadr islahatlarında yalnız həmyerlisi olan yaxınları və qohumlarına üstünlük verən bir şəxs olaraq aqrar sahə kimi aqrar kadr ehtiyatını da məhv etdi.
DİA.AZ-a göndərilən məqalədə İnam Kərimovun yaxın adamları bir-bir təqdim olunur:
Məqalənin əvvəli burada: KTN-nin göz bəbəyi olan ADAU NECƏ MƏHV EDİLİR... - Bu İNAMLA hara qədər gedə bilərik?
Məqalənin davamında deyilir: "İnam Kərimovun tapşırığı ilə bir baxaq kimlər idarəçilik edir ADAU-nu...
Famil Nəsibov:
Famil Nəsibov baytarlığın dekanı... Göyçəlidir. Heyvandarlıq Elmi Tədqiqat inistutunun drektoru olub. Korrupsiya əməlinə görə işindən azad edilib. İnam Kərimovun tapşırığı ilə ADAU-ya dekan vəzifəsinə gətirilib indi də ADAU də eyni əməllərini davam etdirir.
Mahmudova Sevinc:
O da Dillər kafedrasının baş müəllimi Göyçəlidi... Zəfər Qurbanovun xalası qızıdı. "Univerisitet biz Göyçəlilərindi" deyib müəllim və professor heyyətininin gah davamiyyətini yoxlayır, gah da onlara dişinin dibindən çıxanları deyir. Qohumluq əlaqələridir ki, Sevinc Mahmudova "mən kafedra müdiri olacam" deyib hər kəsi təhqir edir... "xalam oğlu Zəfər Qurbanovdur, nə istəyirəm o da olmalıdır" deyib təhsil ocağını tamamilə nüfuzdan salıb. Sanki ADAU-da işləyən müəllim heyəti türmədədir... "nadzor"u da Sevinc Mahmudovadır... Türmənin rəisi də Zəfər Qurbanovdur...
Azad İbrahimov:
Elmdən uzaq bu şəxs neçə illər Təsərrüfat işləri üzrə prorektor olub. Universitetin invertarını satıb mənimsəyən Bitki Mühafizəsi E.T.İnistutunun drektoru olmuş korrupsiya əməllərinə görə direktorluqdan azad edilən Azad İbrahimov ADAU-da İnam Kərimovun tapşırığı ilə Elmi işlər üzrə prorektordur. Elmin nə olduğunu belə bilməyən əsli Göyçəli olan Azad İbrahimov bu gün universitetdə Zəfər Qurbanova kadr islahatlarına məsləhətlər verir. Zəfər Qurbanov isə Göyçəli prinsipi apararaq universitetin tədris işləri üzrə prorektoru ola-ola tədrisi Azad İbrahimova həvalə edib.
İnam Kərimov Aqrar təhsil ocağına ya aqrar sahəni bilməyənləri, ya da korrupsiya əməllərinə görə vəzifəsini itirənləri ADAU-ya yerləşdirib. Bütün bunların əsas himayədarı isə..."
Bu barədə NÖVBƏTİ YAZIDA...
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
XalqXeber.Az