Vergi dövlətin ən əsas sütun dayaqlarından biridir. Vergi təminatı əsas dövlət orqanı olaraq dövlət büdcəsinə gəlir gətirən, eyni zamanda dövlət büdcəsindən maliyyələşən orqandır. Vergi ödəyicilərinin məsuliyyəti hətta cinayət məcəlləsində müqafiq cəzayla tövsif olunur. Dəyərindən, mislindən, miqdarından asılı olmayaraq gəlir əldə edən hüquqi və fiziki şəxs dövlətin təyin etdiyi vergini ödəməlidir.Qeyd edək ki, hər hansı bir sahibkarlıqla, iri və ya kiçik bizneslə məşğul olan sahibkar, qeydiyyata düşüb maaş alan hər işçi, qulluqçu da avtomatik vergi ödəyicisinə çevrilir. Vergi qurumlarının, orqanlarının əsas mahiyyəti, məsuliyyəti və vəzifəsi vergi ödəməsinə nəzarət etmək, onları vergiyə cəlb etmək, lazım olduqda vergidən yayınıb dövlət büdcəsinə zərər vuran işbaz sahibkarların cinayət məsuliyyətinə cəlb olunmasına cavabdeh olmaqdır.
Vergi orqanlarında çalışan hər kəs yaxşı bilir ki, vəzifəsindən süi istifadə etmək sonda onların özünə qarşı cinayət işinin açılmasına səbəb ola bilər. Odur ki, hər rayon, qəsəbə, bəzi yerlərdə kənd üzrə vergi işçiləri yoxlama məqsədilə müxtəlif istiqamətlərdə reydlər keçirir. Dövlət başçısl İlham Əliyevin şəxsən nəzarətində olan bu qurumun işində hər hansı bir nöqsan, yeyinti olarsa bu bir başa dövlət əmlakını qəsdən talama, mənimsəmə kimi qəbul edilir.
Bu isə ağır cinayət tərkibinə aid bir əməl hesab olunur...
Ayrı-ayrıllqda hər birimiz açıq gözlü olmalı, hər birimiz dövlət vergisinin ictimai nəzarətçisi olmalıyıq...Bu gün respublikamızda vergiyə nəzarəti gücləndirmək üçün ƏDV ödənişlərinin vətəndaşlara-müştərilərə qaytarılması əməliyyatı da məhz vergiyə nəzarəti gücləndirmək məqsədi daşıyır. Lakin əfsuslar olsun ki, bu gün bir çox dələduz işbazlar öz kommersiya fəaliyyətlərindən mənimsədikləri yüz minlərlə qiyməti olan gəlirin vergisini dövlətdən gizlədir, vergi verməkdən yayınırlar. Bu da yuxarıda qeyd etdiyim kimi dövlət əmlakını qəsdən mənimsəmə deməkdir.
Hətta 1 manat kassa çeki təqdim olunmadan satılan məhsula, müştərinin əlində tutulan məhsula görə hüquqi şəxs cərimə olunur. Bəs, görəsən bu gün restoran sahiblərinin vergidən yayınmasına kim səbəb olur?! Cinayət məcəlləsində onları-restoran müdürlərini və havadarlarını hansı cəza gözləyir?! Bu gün sizə restoranlar şəbəkəsi-TƏBRİK, MÜBARƏK, BADİ-KUBƏ adı altında fəaliyyət göstərən 3 restoran haqqında və burda baş verən qanun pozuntuları haqda açıqlama vermək istəyirəm.
Ən birinci açıqlamam restoranlar şəbəkəsinin dövlət vergisindən yayınması haqdadı. Beləki, elə öz dilləriylə desək "kalendar" işləyən, yəni hər gün sifarişi olan restoranlar şəbəkəsinə aid restoranlardan heç birində vətəndaşlara kassa çeki təqdim olunmur. Pullar nağd qəbul olunur. Görəsən, onlara VERGİ KRIŞALIĞInı kim edir. Etmir deməyin. Çünki, adi bir məhlə dükanında 50 qəpiklik tum üçün verilməyən çekə görə müəyyən cərimələr tətbiq olunur.
Bəs, restoranlar şəbəkəsinin şefi məşhur Hacı ləqəbli iş adamı kimə arxalanıb 3 restoranı vergidən yayınmaqla işlədir, dövlət büdcəsinə hər ay kifayət qədər yetərli ziyan vurur. Məgər qanun ona və işlətdiyi restoranlara aid deyil? Kimdi Hacının mənafeyini dövlət mənafeyindən yüksək tutan? Niyə bu işbazların özbaşınalıqlarına göz yumulur?! Onsuz da restoranlarında müştərilərin başına oyun açırlar, özbaşınalığın həddi-hüdudu yoxdu.
Köhnə yeməklər, yarıtmaz xidmət, qeyri-peşəkar personal və daha nələr nələr...Bir az da xidmət haqda açıqlama vermək istəyirəm. Tamada, müğənni xidməti yerinə yetirən ikisi birində xidməti müştərini aldatmağın bir növüdür. Tamada olaraq 2 cümləni ard-arda söyləyə bilməyən bu şəxsin xidməti də restoran xidmətində qiymətə daxildir. Amma və lakin adı olub keyfiyyəti sıfır olan bir xidmət. Çəkiliş xidməti də başqa problemdir.
Çəkiliş adi telefon çəkilişi səviyyəsindən aşağı olan bir keyfiyyətdə çəkilir və montajsız müştəriyə təqdim olunur. Və müştəri bütün bu şikayətlərini Hacının bir neçə əlaltı işçilərinə deməkdən başqa adam tapmır. Dövlət büdcəsinə vergidən yayınmaqla hər il küllü miqdarda ziyan vurmaqla qazanc əldə edən Hacı görünməz zirehlə əhatələnir. Əfsuslar olsun ki, günü bu günə qədər Hacının restoranlar şəbəkəsi vergidən yayınaraq fəaliyyətini davam etdirir. Vergi orqanları hara baxır?
"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyır.