Dövlət tibb müəssisəsinin maaşa işləyən baş həkimi Qalib Məmmədov özəl klinikalarını hansı kapitalla işə salıb?
DİA.AZ: - "Bakı şəhər Narkoloji Dispanserinin fəaliyyətindəki neqativ hallar barədə indiyədək çox deyilib, çox yazılıb. Dispanserin əvvəlki rəhbərliyi, vəzifəli şəxslərlə bağlı gurultulu həbslər bir yana dursun, elə hazırki baş həkim – narkoloq Qalib Məmmədovun da vəzifəsindən sui-istifadə etməsi barədə internet resurslarında bu mövzuda kifayət qədər ciddi tənqidi informasiyalara rast gəlmək olar. Həmin məlumatlar doktor Qalib Məmmədovun özü tərəfindən təsdiq və ya təkzib olunmasa da, baş həkimin malik olduğu nəhayətsiz kapital, var-dövlət, mülk-səltənət hər şeydən xəbər verir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bizim indilərdə əldə etdiyimiz, amma tibb ictyimaiyyətinə çoxdan məlum olan informasiyaya görə, Qalib həkimin paytaxtda bir neçə özəl klinikası fəaliyyət göstərir. Onlardan ikisi (“Yasamal” və “Medikus” klinikaları) dispanserin yerləşdiyi Yasamal rayonundadır. Haqlı bir sual doğur: Quru maaşa işləməklə, bunca dəyərli daşınmaz əmlaka necə yiyələnmək, onları müasir tibb texnikası və avadanlığı ilə necə təchiz etmək olardı? Cavab bəllidir: Əlbəttə ki, vəzifədən sui-istifadə etməklə, yeyinti və maxinasiyalara yol verməklə, rüşvət almaqla. Doktor Q.Məmmədovun profili isə elə bir sahədir ki, burada əliəyrilik eləmək insanların taleyi ilə oynamaq deməkdir, narkomaniya kimi ağır bəlaya düçar olmuş gənclərin, yeniyetmələrin həyatını korlamaq sayılmalıdır. Bu böyük günahı isə Qalib Məmmədovun arabir “narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə gözdən pərdə asmaq üçün çıxış etməklə yuması qeyri-mümkündür. Çünki elin gözü tərəzidir. Dispanserin fəaliyyətini qiymətləndirmək üçün çox uzağa getmədən, elə qonşuluqda yaşayan sakinləri dindirmək, müəssisədə ötəri, visual müşahidə aparmaq kifayətdir.
Məlumatlarda qeyd olunur ki, həyatda və karyerada ona dəstək olacaq dayaqları artırmaqla daim qayğılanan Qalib Məmmədov ailəvi dostluq etdiyi həmkarı psixiatr Səbinə xanımın vasitəsilə ikincinin mənsub olduğu Rəşidovlar nəslinin cəmiyyətdə strateji mövqelərə yiyələnmiş övladlarına çıxış əldə edib. Səbinə xanımın atası Süleyman Mustafa oğlu Rəşidov vaxtilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı işləyib. Sonradan işində yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulsa da, şərti cəza almaqla həbsdən qurtarsa da, görünür, hakimiyyətin yuxarı eşelonunun nümayəndələri ilə “görüm-baxım” edərək qurduğu əlaqələri yerində olduğundan, yaxud da, “qara gün” üçün yığdığı, “igidin yaraşığı” olan ehtiyat kapital kifayət etdiyindən, “atdan düşüb atlanmağı bacarıb”, övladlarını, yaxın qohumlarını yağlı vəzifələrə yerbəyer edə bilib. Belə ki, Səbinə xanım özü Psixi Sağlamlıq Mərkəzinin müalicə-konsultativ şöbəsinin müdiridir. Vaxtının çoxunu birbaşa müalicə işindən çox, telekanallarda maarifləndirmə işinə həsr edir. Peşəkarlığından daha çox daim göz önündə olmağına və cazibədar xarici görkəminə görə populyardır. Gənclər üçün “İnam” Krisiz Xətti ilə Psixi Sağlamlıq Mərkəzinə yönləndirilən gənclər Səbinə Rəşidovanın pulgirliyi və tibbi savadsızlığı barədə gileylərini internetdə paylaşırlar. Qardaşı Mustafa Rəşidov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisidir".
Mövzuya qayıdacağıq.
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin dinləməyə hazırıq...

Dövlət tibb müəssisəsinin maaşa işləyən baş həkimi Qalib Məmmədov özəl klinikalarını hansı kapitalla işə salıb?
Dövlət tibb müəssisəsinin maaşa işləyən baş həkimi Qalib Məmmədov özəl klinikalarını hansı kapitalla işə salıb?
Dövlət tibb müəssisəsinin maaşa işləyən baş həkimi Qalib Məmmədov özəl klinikalarını hansı kapitalla işə salıb?
Dövlət tibb müəssisəsinin maaşa işləyən baş həkimi Qalib Məmmədov özəl klinikalarını hansı kapitalla işə salıb?
 
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti