Ağstafada özbaşınalıq edən KİMDİR? - GİLEY
“Ötən il siz problemi işıqlandırandan sonra torpağımızdan əl çəkdi. İndi yenə torpağımıza girib, bu, azmış kimi, üstəlik, çoxillik çinar ağaclarını da kəsib, atıb”.

Bunu Meydan TV-yə Ağstafanın Xətai kənd sakini Hüseyn Hüseynov deyir.

Hüseyn Hüseynov 2021-ci ilin martında da sayta müraciət etmişdi. Bildirmişdi ki, Ağstafa şəhərinin keçmiş icra nümayəndəsi (hazırda təqaüddə) Nəriman Hacıyev ona və ailəsinə məxsus pay torpağının bir hissəsini əlindən almağa çalışır. Hətta buna görə onun torpağına gedən yolu da kəsərək orada taxıl əkib. Bu səbəbdən Hüseyn Hüseynov nə torpağına gedə, nə də suvara, əkib-becərə, məhsul götürə bilirdi. Hüseyn Hüseynovun deməsinə görə, Meydan TV materialı yayımladıqdan sonra keçmiş icra nümayəndəsi torpaqdan bir müddət əl çəkib. Ancaq kəndli yenə şikayətçidir. İddia edir ki, Nəriman Hacıyev yenə ona məxsus torpağın bir hissəsinə göz dikib.

“Gözü doymur, başqalarının torpağına əl atır”

Hüseyn Hüseynov deyir, 1998-ci ildə dövlət tərəfindən ailəsinə kənddə – Poylu yolu deyilən ərazidə 42 sot pay torpağı verilib. Həmin sahədə yonca əkib məhsul götürür, bununla da dolanışığını qururmuş. 2016-cı ildə həmin vaxt Ağstafa şəhər icra nümayəndəsi olmuş Nəriman Hacıyev və oğlu Vidadi Hacıyev pay torpağının qonşuluğundakı torpaq sahəsini icarəyə götürüb, taxıl əkib. Ancaq öz torpaqlarıyla kifayətlənməyərək, qonşu torpaqlara da əl atırlar. İndi də onun pay torpağındakı çinar ağaclarını kəsiblər:

“Gözü doymur, başqalarının torpaqlarına əl uzadır.

3 gün əvvəl xəbər tutdum ki, mənim pay torpağımdakı 16 çinar ağacını kəsib. Sahəyə gedəndə gördüm ki, artıq ağaclar yerində yoxdur. Kəsdiyini hara aparıb, bilmirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsindən gəlib şəkillər çəkib, getdilər. Adamın məqsədi də pay torpağımın həmin hissəsini öz torpağına birləşdirməkdir. Ağaclar mane olurdu, kəsib atdı”.

Hüseyn Hüseynov Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsinə, icra hakimiyyətinə müraciət etdiyini deyir:

“Ekologiya şöbəsindən dedilər ki, daha polisə müraciət etmisənsə, bizlik bir iş yoxdur, onsuz da biz də polisə müraciət edəcəkdik, özün etmisən”.

Meydan TV Nəriman Hacıyevlə əlaqə saxlaya bilməyib. Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib ki, tərəflər mübahisəni məhkəmədə çözməlidir, qurumun məsələyə aidiyyəti yoxdur. Ağacların kəsilməsinə gəlincə, bununla bağlı vətəndaş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir.

2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq. //Meydan TV//
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti