Göyçay RMX-da həkimlər öz "qanun"-ları ilə işləyirlər -
Göyçay rayonu Qarabaqqal kənd sakini Çərkəzov Hacıbaba Şəmsəddin oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, 23 oktyabr 2022-ci il tarixdə saat təxminən 18:30 radələrində yaşadığım ünvanda dəm qazınının partlaması nəticəsində həyat yoldaşım Musayeva Tehranə Niyaz qızı ll-lll-lV-cü dərəcəli yanıq xəsarətləri almışdır. İlkin tibbi yardım göstərilməsi üçün həyat yoldaşımı Göyçay RMX-nın Acil şöbəsinə apardıq. Lakin adı çəkilən şöbədə həyat yoldaşıma lazımi tibbi-təlimatlara uyğun yardım göstərilmədi. Belə ki, yanğın dərəcəsini təyin etmək məqsədilə "rentgen" və digər müayinələr edilmədi, müvafiq analizlər götürülmədi, həmin sahə üzrə ixtisaslaşmış həkim dəvət edilmədi, konsilyum keçirilmədi. O gecə növbətçi həkim Mahmud Mustafayev idi. Əksinə, orada yüngül ilkin tibbi yardım göstərildikdən sonra xəstəni evə buraxdılar. Həmin gecə lazımi tədbirlər görülmədiyinə görə gecə yarısı xəstəmin vəziyyəti daha da ağırlaşdı. Biz rayon xəstəxanasındakı həkimlərin xəstəmizə laqeyd yanaşdığını gördükdən sonra təkrarən oraya getməyi lüzumsuz hesab etdik. Əlacsız qalaraq xəstəmizi paytaxt Bakıda yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasına apardıq. Bundan sonra, həyat yoldaşıma bülliten yazılması üçün doktor Vüqar Bəkirova müraciət etdik. Öncə o, bizi get-gələ salmağa başladı. Bildirdi ki, xəstə 5 saylı şəhər Klinik Xəstəxanasından sənəd gətirməlidir. Əslində ortada yeganə məqsəd pul tələsi idi. Nəhayət 50 (əlli) manat pul verdiyimi görüb, "Biz iki nəfərik, 50-də üstünə qoy 100 olsun" deyərək məndən 100 (yüz) manat rüşvət aldı. Lakin adı məlum olmayan ikinci şəxsin kimliyini bəlli etmədi. Fikrimcə, arxayıncasına rüşvət tələb edən həkim aldığı pulu yalnız onu himayə edən rəhbərliyi ilə bölüşə bilərdi.
Buna baxmayaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilən "Göndəriş" əsasında 13 dekabr tarixində həyat yoldaşım məcburən 5 saylı şəhər Klinik Xəstəxanasına gedərək tələb olunan sənədləri gətirib doktor Vüqar Bəkirova təqdim etdik. O, 21 dekabrda gəlməli olduğumuzu bildirdi. Deyilən vaxtda onun qəbulunda olduğumuz zaman o, həyat yoldaşımın büllitenin artıq 14 dekabr tarixindən bağlandığını bildirdi. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin (c) bəndinin tələblərini pozmaq deməkdir. Ancaq biz aidiyyəti üzrə çoxsaylı şikayətlər etdiyimizə görə Göyçay RMX tərəfindən dekabr ayının 21-dən 29-a qədər yenidən bülliten açıldı.
Cənab Prezident! Nəzərinə çatdırım ki, yuxarıda qeyd etdiyim kimi, Göyçay RMX-nın Acil şöbəsində xəstəmizə olan qeyri-ciddi davranış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü "Səhlənkarlıq" maddəsini özündə əks etdirir. Göstərilən tarixdə Göyçay RMX-nın müşahidə kameralarına baxış keçirsəniz, hər şey olduğu kimi ortaya çıxacaqdır. Həmçinin, doktor Vüqar Bəkirovun əməli yuxarıda qeyd etdiyim məcəllənin 311-ci (Rüşvət alma) maddəsinə əsas verir. Göyçay RMX-da baş verən özbaşınalıqların, qanunsuzluqların, korrupsiya və rüşvət hallarının tək və yeganə səbəbi yarıtmaz idarəçilikdən irəli gəlir. Əlbətdə sabiq direktorların zamanında da xeyli problemlər var idi. Lakin o zamanlar dərd var idisə də, dərmanı da vardı. Təəssüflər olsun ki, hazırda şikayətlərimizi dinləyəcək rəhbərlik mövcud deyildir. Yəni, bütün bu hadisələrin kökündə direktorun layiqincə yerində olmaması dayanır.
Sizdən çox xahiş edirəm, müraciətim tərəfinizdən obyektiv araşdırılsın, günahkarların cəzalandırılması istiqamətində təsirli tədbirlər görülsün. Sizə öncədən minnətdarlığımı bildirirəm.
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Bölmənin digər xəbərləri

21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA

Dünyapress TV

Xəbər lenti