Kərəm “paşa” kəşfiyyatçı kapitanı Naxçıvandan niyə deport etdi?
Naxçıvan Əlahiddə Ümumi Qoşun Ordusundan redaksiyamıza çoxsayda şikayətlər daxil olur. Belə şikayət məktublarından birini də şair Mirzə Mirimli qələmə alıb. Oğlunun adi bir cəsarətli hərəkətinə görə Kərəm “paşa”nın qəzəbinə gəldiyini bildirən Mirzə Mirimli soruşur: “Onda bu xalqa nifrət hardandır?”.
Şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
“Mən Cəbrayıldanam məcburi köçkün qəsəbəsində yaşayıram, müəlliməm. Kiçik oğlum Mirimli Xalid Mirzə oğlunu hərbi məktəbə yönəltmişdim. Hərbi liseyi, sonra H. Əliyev adına Ali Hərbi Məktəbi 2012-ci ildə bitirib kəşfiyatçı ixtisasında Naxçıvan Əlahiddə Ümumi Qoşun Ordusunda xidmətə göndərildi (qara yollu). Kapitan hərbi rütbəsinə qədər getdi. 9 il ...
2020 ci ildən şəxsən Kərəm Mustfayevə yaxınlaşıb, problemini bildirməyə (səhhəti barədə) curət etdiyi üçün xidmətə yararsızlıq adı ilə rütbəsini endirərək, 12 saatın içərisində Naxçıvandan deport etdirdi. Gecə ilə ailəsini, üç körpəsini ağlaşa-ağlaşa kazarmadan küçəyə atdırdı. Uşaqlarının məktəbdən sənədlərini almağa belə imkan verməyib. Axı bu xalqa nifrət onda hadandır?..
Hörmətli Heydər bəy, mən yazıçıyam, 10 il hüququn əsaslarından şagirdlərə dərs demişəm. Azdan-çoxdan ədəbi içtimayətdə tanınıram, bu ölkədə Konistision hüquqlarımı qoruya bilmirəm. Müraciət etdiyim məhkəmələr təqdim etdiyim dəlil-sübutları bir kənara atıb, Kərəm Mustafayevin kserokopiya etdiyi saxta arayış əsasında qərar çıxardır, heç bir araşdırma aparmır, 4 dəfə məhkəmədən sonra əsasız əmri təsdiq edir. Halbuki, üst-üstə 10 dəfə məhkəmə keçirilir, təkidlə tələb olunduğuna baxmayaraq Azərbaycan məhkəməsini ümumiyyətlə saymırlar, qarşı tərəf bircə dəfə də olsun məhkəməyə gəlmir. Axı deməyə sözləri yoxdur. Nə qədər savadsızdırlar ki, gizirə, leytenanta kapitan barəsində saxta xasiyyətnamə yazdırırlar. Məhkəmə də onu əsas götürür. Hələlik adını demirəm, Şirvan inzibati məhkəməsinin işi aparan hakimi vəkilə deyib ki mən yenicə təyin edilmişəm, gedin apeliyasiyada həll edin. Kareyeramı ləkələyə bilmərəm. Nə edim, hər yerdən ümidimi üzmüşəm. Oğlum əsəbindən yer xəstəsidir. Bir ildir işləmir, mən aldığım tulapayı penisiyamla dolanırıq. Hər gün yalnız intihar haqqında düşünür. Yodaşı daimi keşiyini çəkir. Mənə oğlumun əlindən aldıqları sağlamlığını tələb edirm... Bu yaşımda hara köçüm. Bir yol göstərən olarmı görəsən? Budurmu Vətənimə 43 illik xidmətimin mükafatı?..
***
Əziz Heydər bəy, mən sizin sayta, sırf faktlardan ibarət 2 -3 qrankalıq məktub yazmışam. Göndərəcəm.
1) Oranın kadrlar şöbəsində öz standartlarına “uyğun gəlməyən”, peşəkar hərbiçilərin bir gecədə sənədlərini “qaydaya” salmaq yönündə təcrübələrindən.
2) Təkcə bir ildə onlarla rütbəli zabitlərin “qanunu pozmaqlarına” görə, “qanunsuz tələblərinə” , yerlərininin dəyişdirilməsi haqda xahişlərinə görə və. s. 156-e tətbiq edilərək qovulması haqda. ( İmkanım daxilində onların hər birinin ünvanını, rütbəsini telefon nömrəsini yazacağan) onu da deyim ki, 156-e maddəsi tətbiq olunan, mənim bildiyim qədr, heç bir zabit məhkəmədə udmayıb. ( Naxçıvandan gələn) Axı Kərəmin xüsusi tapşırığı var.
3) Kərəmin ətrafında müxtəlif rütbəli ( gizir, leytenant, baş leytenant, kapitan, mayor və s.) arayış, xasiyyətnamə, töhmət yazmaq üçün ixtisaslaşmış “kadrlar” var. Yararsız dioqonozu qoyduqları zabitlərin sənədlərində onların imzaları var. Onların hər birinin rütbəsini, adını və soyadlarını göndərəcəm.
PS: Onu da deyim ki, oğlum mənim yanıma gələndən sonra arxasınca iftiralar atdılar. Məhkəməyə müraciət etməmişdən əvvəl guya nəyəsə imza atmaq adı ilə polis adından istifadə etməklə Naxçıvana çağırdılar (məktub vasitəsi ilə) Qoymadım getməyə, qəti bilirdim ki, şərləyib həbs edə bilərlər.
Hörmətlə: Mirimli Mirzə Mirim oğlu
Teref.az olaraq məktubda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dəırc etməyə hazırıq!
Teref.az
 
 

Bölmənin digər xəbərləri

22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı

Dünyapress TV

Xəbər lenti