Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir. Əlavədəki video və şəkillər Balaxanı ƏŞ-nin ərazisində çəkilib.
Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Tezadlar.az-a bildirib.
Mirvari Qəhrəmanlı xatırladıb ki, 2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb.
“Ərazidə həm işlək, həm də bağlı neft quyuları var, yaşayış üçün risklidir. Bununla bərabər, riskli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri- qanuni, hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində (əlavə etməmişəm) ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsə aid olduğu bildirilir.
Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub. Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub”,- deyə NHMK sədri qeyd edib.
Mirvari Qəhrəmanlı məsələnin müvafiq qurumlar tərəfindən araşdırılmasının vacibliyini bildirib.