Mərhum prezident Heydər Əliyevin anım günü Ordubad şəhərində qeyri-adi hadisə ilə yadda qalıb. Şəhərdəki mənbələrdən aldığımız məlumata görə, 12 dekabr 2022-ci il tarixində rayon prokuroru Kənan Seyidovun qaynanası “peraşki” bişirdiyi çörək zavodunda xadiməni bıçaqlayıb. Hadisədən sonra xadiməçi ilə valideynləri dərhal rayon prokurorluğuna aparılıb və onlardan bu xuliqanlıq hadisəsinin açılıb-ağardılmaması tələb olunub. Əks halda xadimənin valideynlərinin həbs olunacağı, özünün isə işdən atılacağı onların nəzərinə çatdırılıb. “Xadimənin kürək nayihəsi göyərib, qolunda isə bıcaq kəsiyi var. Müvafiq dairələr hadisənin izi itmədən iddialarımızı yoxlaya bilərlər”, - mənbəmiz bildirir. Bildirildiyinə görə, xadimə çörək sexinə yenicə işə giribmiş və mübahisə kiçik bir hadisə üstündə çıxıb. Prokurorun qaynanası isə görünür, rayon qolçomağı ilə qohumuluğu səbəbindən özünü toxunulmaz şəxs hesab edir və onunla söz güləşdirməyə cəhd göstərən xadiməni bıçaqlayıb. Xadimə artıq 3 gündür işə gəlmir. Heyder Oguz Teref.az