Tovuz Xəstəxanasının doğum şöbəsində  "kolxoz bazarı" ? - VİDEO
DogruXeber.az: - "Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımova 26 yaşında analıqdan məhrum olub.
Ailə üzvləri deyir ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.
Nəsibə Qasımova - zərərçəkənin anası: "Mən 11 aydır ki, qızımı Xatirə həkimin yanına gətirmişəm. Yəni boş qarına Xatirə həkim 3 ay müalicə edib. Ondan sonra 9 ay mütəmadi olaraq bu həkimin xəstəsi olub. Deyib ki, doğuşa hazırdır, mən onu doğuzduracağam. Birdən birə dedi ki, doğuzdurammıram, keyserə çıxacaq".

Qeysəriyyə əməliyyatına alınan Aygünün vəziyyəti qəfildən pisləşir. Təcili anaya qan köçürmək lazım gəlir.
Nəsibə Qasımova - zərərçəkənin anası: "Orada qan yox idi. Qanın qramını 70 manata aldıq. Vaxtında çatsa, mənim uşağım bu vəziyyətə düşəsi deyildi"."

Hələ, 2017-ci ildə "Sonxeber"de yayımlanan xəbəri təkrar xatırlatmaq istədik. Çünki, söhbət Tovuz sakinlərinin adını çəkərkən, "o rüşvətin atasıdır" dedikləri Paşa Muradovun rəhbərlik etdiyi Tovuz rayon Mərkəzi Xəstəxanasından gedir. O vaxtlar həmin xəstəxananın doğum şöbəsinin müdiri deyilənə görə Rəna xanım imiş. Artıq, Rəna xanım təqaüdə çıxıb, amma müqavilə əsasında hələ də mama-ginekoloq olaraq, orada çalışır. Sözügedən Xatirə xanım isə - yuxarıda doğuşa az qalmış, qeysəriyyə əməliyyatı məsləhət görən, onunla da 26 yaşlı gənc qadını sözün əsl mənasında bədbəxt edən Xatirə xanımdır.

Həmin Xatirə xanım ki, rayon sakinlərinin redaksiyamıza verdiyi məlumata görə hazırda xəstəxanada Doğum şöbəsinin müdiri vəzifəsində çalışır.
Xəritə xanımın pasientə qeysəriyyə üsulu ilə doğuş təklif etməsinin - daha doğrusu məlumatı bizə verən şəxsin sözlərinə görə buna məcbur etməsinin səbəbi qeysəriyyə yolu ilə doğuşun bahalı (1000 (min) AZN) olmasıdır.



Mənbə "DogruXeber.az"a bildirir ki, "Doğuş üçün gələn hər kəsə israrla qeysəriyyə əməliyyatı təklif olunur.
Əməliyyatdan sonra 3 gün xəstəxanada yatmalı olan pasientlərin özlərinə yataq dəsti gətizdirilir.

Yemək, çay verilmir. Çay istəyənlərə xadimələr bir termos dolusu çay hazırlayıb verməyə 5 (beş) manat pul alırlar. Təmizlikçilər təmizlik üçün əlavə pul alırlar. Bir sözlə, 3 gün "Şirinlik" adı ilə xəstəxanada yatan xəstələrin dərisini soyurlar."

Hə... bir də xəstəxana binasının tarixçəsinə qısa nəzər salaq:
Demək, 2 hektardan artıq ərazisi olan yeni tibb ocağı üçmərtəbəli əsas korpusdan, sanitar-epidemioloji və patoloji anatomiya binalarından ibarətdir. Cərrahiyyə, reanimasiya və terapiya şöbələri olan binanın avadanlıqları İtaliya, Almaniya və Çexiyadan gətirilib.

İnşasına 2008-ci ildən başlanan Tovuz rayon Mərkəzi xəstəxanasının tikintisi üçün 6 milyon 400 min manat vəsait ayırılıb."

Bunu xatırlatmaqda isə məqsədimiz binanın istilik və su sistemləri ilə bağlıdır.
Mənbə bildirir ki, "xəstəxanada su, istilik sistemi ümumiyyətlə yoxdur.
Çöldən baxanda, xəstəxana ən müasir tipli bina kimi çox gözəl görünür. Amma, qışda orada yatan xəstələrin özlərinə elektriklə çalışan qızdırıcı sobalar aldırılır, sonra da "peçi hara aparırsan, qoy qalsın" deyib, xəstəni utandırır, sobanı əlindən alırlar. Lakin, o sobaların aqibəti bilinmir. Çünki, hər gələn xəstəyə yenə də qızdırıcı sobalar aldırılır, yenə də orada saxlanılır. Bundan əlavə, keçmiş şöbə müdiri Rəna xanım puldan əlavə hər dəfə xəstələrdən illik azuqəsini də yığır.

Kiminin boynuna toyuq, qaz, kiminin quzu, kiminin yağ, pendir, süd, qatıq, kiminin yumurta, kiminin də bal qoyur. Sonra da həyat yoldaşı Musa kişini göndərir ki, gedib yığıb gətirsin. Kəndlilər öz aralarında "Musa kəndə gələndə, sanki, kolxoz bazarına gəlir " deyirlər."

Mənbənin sözlərindən belə aydın olur ki, Tovuz sakinlərinə nəsil artımı çoooox baha başa gəlir. Özü də ödə -ödə bitmir. Pulu pul, ərzağı ərzaq.

Yeri gəlmişkən, müayinə üçün hər xəstədən 30 (otuz) manat tələb olunur, yəni bir mama-ginekoloq baxışı üçün olan qiymətdir. USM - rentgen müayinəsi üçün də hər xəstədən 20-30 manat alınır. Ümumiyyətlə, Tovuz rayon Mərkəzi Xəstəxanasında hər şeyin öz qiyməti var, müayinə, təmizlik, doğuş və sair..."

Deyir, 'hər xəstədən 30 (otuz) manat və şəxsiyyət vəsiqəsi alınır. Vəsiqə ilə də xəstələr özlərinə demədən, Sosial Sığorta ilə qeydiyyata salınır.

Özü də deyirlər bütün bunlardan xəstəxananın baş həkimi Paşa Muradov da xəbərdardır.

P.S: Qeyd edək ki, barəsində deyilən məlumatlarla bağlı adıçəkilən Xatirə xanımla telefon əlaqəsi saxladıq. Xatirə xanım xəstəxanada olmadığını, sonra zəng edəcəyini bildirdi. Lakin, iki gün gözlədik, Xatirə xanımdan səs gəlmədi. İki gün sonra yenidən Xatirə xanıma təkrar zəng etdik. Bu dəfə də Xatirə xanım xəstəxanada olmadığını, bir saat sonra əlaqə saxlayacağını bildirdi.

Həmin 1 saat da, iki gün əvvəl olduğu kimi düşdü gedər-gəlməzə...

Amma, biz bütün hallarda qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya təkrar qayıdacağıq.

DogruXeber.az

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti