Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbində tez-tez işıqların sönməsi səbəbindən istilik verilişində problemlər yaranır, bu da məktəbin soyuq vəziyyətdə olmasına səbəb olur. Teref.az yazır ki, redaksiyamıza göndərilən şikayət məktubunda belə yazılıb. Daha sonra şikayətçi davam edərək yazır: Həmçinin elektrik verilişi tez-tez kəsildiyi üçün məktəbə verilmiş internetdə də problemlər yaranır, şagirdlər dərslərdə kompüterlərdən istifadə edə bilmirlər. Məktəbin elektrik sistemi qəzalı vəziyyətdədir, qızdırıcı radiatorların çoxu xarabdır, siniflər buz kimidir, istifadə müddəti 10 il əvvəl başa çatıb. Uşaqların həyatlarına təhlükə olduğunu qeyd edən şikayətçi teref.az yazır ki, məktəbin elektrik sistemi yararsız haldadır, hər an faciə yarana bilər. Şagirdlər əllərini açıq elektrikə vurur. Sinif otaqlarının qapı və pəncərələri sınıq-sınıqdır. Valideynlər dəfələrlə rayon təhsil şöbəsinə məlumat versə də, etinasız yanaşırlar. Şikayətçi məktəbin bu günkü halını göstərən şəkilləridə göndərib. Oİnları təqdim edirik: Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc edə bilərik!