Şamaxıda müəllim şagirdi döyüb. Hadisədən xəbər tutan valideynlə müəllim arasında dava düşüb.
"DogruXeber.az" REAL TV-yə istinadən xəbər verir ki, hadisə Şamaxı şəhəri 3 saylı tam orta məktəbində qeydə alınıb. İddiaya görə, 7-ci sinif şagirdi Rəvan İsayev tarix müəllimi Təranə əsgərova tərəfindən döyülüb.
Məktəblinin sözlərinə görə, hadisə dərs saatında baş verib. Sinif yoldaşı ilə birlikdə sinif otağındakı şkafa girən Rəvan bu səbəbdən tarix müəllimi tərəfindən döyüldüyünü deyir.
Bildirilir ki, Rəvan İsayev 5 yaşında başından əməliyyat olunub. Bununla yanaşı, müəllim məktəblini sinif yoldaşlarının yanında təhqir edib.
Təranə Əsgərova isə deyilənlərin yalan olduğunu və şagirdinə qarşı şiddət göstərmədiyini bildirib.