"Naxçıvanda hər obyektdən iriliyindən-xırdalığından asılı olmayaraq vergidən əlavə ayda 300 manat "töycü" yığılır". DİA.AZ bildirir ki, bu iddia ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
Jurnalist daha sonra yazır: "Pulyığanın Naxçıvan MR Vergilər nazirinin müavini Fərrux Əkbərov olduğunu bildirilir.
İddiaya görə, Fərrux Əkbərov töycü yığıma təzə başlayanda özü bir-bir obyektlərə baş çəkirdi. İndi isə o, işini xeyli asanlaşdırıb. Özü kabinetdə oturur, sahibkarlar onun hüzuruna təşrif buyururlar. Vergi ilə yanaşı töycünü də onun masasının üzərinə qoyub təzim edə-edə arxalarına belə baxmadan kabinetdən çıxıb işə yollanırlar.
Bildirilir ki, əvvəl bu töycü yığımına bir neçə nəfər etiraz etmişdi. "Başlarına elə oyun gətirildi ki, həm özlərinə, həm də həmkarlarına unudulmaz dərs oldu. Odur-budur, sahibkar töycünün və verginin vaxtı yaxınlaşand özləri öz ayaqları ilə Fərrux müəllimin qapısında növbəyə dururlar".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
XalqXeber.Az