TIBBI-SOSIAL EKSPERTIZA AGENTLIYINDƏ DIRNAQ ƏVƏZINƏ BARMAQ KƏSƏN “MÖMINƏ XATUN” KIMDIR?
Qonşu İranda nələrin baş verdiyindən hamımızın xəbərimiz var: Qadınlar çadralarını çıxarıb atırlar, əxlaq polisi də onları cəzalandırır, xeyli ölən var. Redaksiyamıza şikyət edən Rəqsanə Cənnətova təklif edir ki, İran hökuməti həmin o əxlaqına şübhə etdiyi qadınlar arasında doğru-dürüst, humanist nevropatoloq-həkim varsa, Şimali Azərbaycana sürgün eləsin. O da Arazın bu tayına keçən kimi nəinki çadrasını, lap elə bütün libasını soyunsun, gəlib otursun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya üzvü, özü barədə mömün qadın imici formalaşdıran, işə hicabda gələn nevropatoloq İradə xanımın yerində. İradə də getsin İrana, ölüm cəzalarını icra edən, dar ağaclarından asılan məhkumların ayağının altındakı kətili təpiklə vurub aşıran cəllad işinə düzəlsin.

Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib – dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin.

Elə isə sual olunur: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Yeri gəlmişkən, Asifin atası Cənnət Cənnətov hicab məsələsinin (təkcə boyunu-buxağı kişilərin nəzərindən gizlətməklə deyil) mənəviyyatla, vicdanla, Allah xofu ilə bağlı olduğunu İradə xanıma xatırladıb, necə deyərlər, “daşları belə əridəcək” ürəkürpədici sözlər deyib. Amma bunlar dəmir ürəkli İradə xanıma kar etməyib. Cənnət Cənnətovun jurnalist olduğunu, ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla danışmasını bilməsi, Talıbovun da məsələyə konstruktiv müdaxilə etməsi və Asif Cənnətovun yüksək ranqlı həkim-ekspertlərin iştirakı ilə ədalətli müayinəsinin təşkili ilə bağlı İradə həkimə tövsiyə verilməsinə nail olması nevropatoloqun qəlbində humanizm toxumu cücərtəmək əvəzinə, onun cəlladlıq həvəsini daha da stimullaşdırıb. İradə xanım düşünüb ki, əgər adi vətəndaşlardan fərqli olaraq ictimai rəyə təsir etmək üçün daha çox imkana malik jurnalistin gerçək əlil olan övladına imtina cavabı versə, özünün də adı tez dillərə düşər, nazirin və Agentlik rəhbərinin diqqətini çəkər. Onlar da bilərlər ki, “imtina planı”nı canla-başla, artıqlaması ilə yerinə yetirən, hətta bu işdə “ayı xidməti” göstərib az qala cərrahları belə geridə qoymağa cidd-cəhdlə çalışan İradə adlı nevropatoloq var. Burada sovetlər dönəmində dəbdə olan bir zərb-məsəl yada düşür: “Moskvada “dırnaq kəsin” deyəndə Bakıda barmaq kəsirlər”. İstisna deyil ki, “yuxarı”dan həkim-ekspertlərə dırnaq kəsmək planı qoyulub, İradə kimilər də planı doldurmaq üçün müraciət edən əlillərin barmağını, əlini, qolunu belə kəsməyə hazırdırlar, təki rəhbərlik onların yaxşı halda humanist olmalarından, pis halda isə rüşvətxor olmalarından şübhələnməsin. Nə eləyirsən elə, əmək qabiliyyətini itirmiş, dövlətin dəstəyinə ehtiyacı olan əlili bölgələrlə paytaxt arasında get-gələ, əziyyətə sal, taksilərə pul xərclətdir, məxsusi olaraq işbirliyində olduğun, faiz aldığın özəl tibb müəssisələrinə müayinəyə, analizə göndər, təki əlillik statusu və pensiya almasına imkan vermə! Belə sosial siyasətmi olar? Bəs möhtərəm Prezidentimiz İlham Əliyevin “Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur” sözləri necə olsun, ay Sahil Babayev, Teymur Musayev, Anar Bayramov cənabları?

Mövzuya qayıdacağıq.

“Həqiqət carçısı”
Deryaz.az
 
 
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti