"Virgin adalarında qeydiyyatdan keçmiş, "Bahar Energy Ltd"də (80%) paya malik olan "Greenfields-petroleum" şirkəti əslində kimə məxsusdu? Hörmətli Bahar ƏŞ-nin işçiləri. Özünüz oxuyun və qiymət verin. Haqqınıza girəni və ona dəstək olan vəzifəli şəxsi tanıyın..." DİA.AZ bildirir ki, bunu açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edir.
Daha sonra bildirilir: "Təsisçisi Greenfields Petroleum Corporation olan, Bahar Enerji Əməliyyat Şirkətinin prezidenti CON Harkins və hal hazırda onun səlahiyyətlərini icra edən Deyl Makfadden may ayından Azərbaycanın Respublikasının Əmək Məcəlləsinin (ARƏM) aşağıda qeyd olunan maddələrinə pozur.Bu qanunların pozulması şirkətdə çalışan ,o qədər də yüksək əmək haqqı almayan yerli işçilərin(xüsusən fəhlələrin) yaşam tərzinə ciddi təsir edir Və proses davam edir.
1.ARƏM Maddə 5. 1. 1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
2.ARƏM maddə 69.7( İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
-İşçilərə hədə-qorxu (işdən qovulma) gələrək onları əmək haqqları 20% azaldılmış yeni kontrakta qol çəkməyə məcbur edib. Təbii ki, Pandameya dövründə işsiz qala biləcəyindən qorxan işçi yeni müqaviləyə qol çəkməyə məcbur olub. İşçini məcburi kontrakta qol çəkməyə məcbur edən menencer bunu “könüllülük”adlandırır.Həmin işçilərin aylıq əmək haqqı saatı 3-3,5 man olmaqla 400-500 man civarındadır.Şirkət menencerləri işçinin dəniz şəraitində ödənilən əlavə ödənişləri də əmək haqqı adlandırırlar.Bu əlavələr, ölkə qanunvericiliyinə əsasən, dəniz şədaitində,gecə növbəsində çalışan işçinin sağlamlığına dəyən ziyana görə verilən kompensasiyadır!
3.ARƏM Maddə 172. 5 (Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. )
İki aydan yuxarıdır ki, işçilərə əmək haqqı vermir. Əmək haqqını vaxtlı-vaxtında ala bilməyən insan necə yaşasın?
4.ARƏM maddə 43.
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
İşçilərin Əmək Müqaviləsində dəyişiklik etdi. Əmək haqqı aşağı salınmış yeni müqaviləyə qol çəkməyən fəhlələri cəzalandıraraq ,onların iş yerini dəyişib daha aşağı maaşlı işə keçirdilər.Sonda bilmək istərdim, Bahar Enerji Əməliyyat şirkətinin öz maliyyə vəziyyətinin yaxşılaşdırmaq üçün saatı 2-3,5 manata işləyən işçinin pulu hesabına yaxşılaşdırmağı planlaşdırır? Niyə məhz bu işçilərin?
Bütün qeyd olunanları əsas götürərək ölkənin hasilat sektorunda insan hüquqlarını qoruyan hüquqmüdafiə təşkilatı olaraq, (nhmt-az.org) olaraq :
-Bahar Energy Ltd şirkətinin təsisçisi və əsas payçısı olan (80%) Greenfields Petroleum Corporationıvə iştirak payı 20%-olan SOCAR –ı Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşmağı, qanunun aliyliyini təmin etməyə günahkarları cəzalandırmağa çağırır..."