|
Samur-Abşeron su kanalında antisanitar vəziyyət hökm sürür.
Xezerxeber.az-ın məlumatına görə, su kanalı zibil və çirkabın içindədir.
Kanalınn Novxanı-Görədil yolunun kənarından keçən hissəsində çirkab, üfunət baş alıb gedir. Sakinlər bildirirlər ki, səbəb əraziyə zibil konteynerlərinin qoyulmaması, bəzi sakinlərin, eləcə də Novxanı çimərliyinə gedənlərin zibil tullantılarını bu kanala atmasıdır.
Məsələyə münasibət bildirən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat katibi Dilqəm Şərifov problemdən xəbərdar olduqlarını və sözügedən kanalın mütəmmadi olaraq təmizləndiyini deyib.
Dilqəm Şərifov onu da bildirib ki, həmin kanalın Novxanı çimərliyinə aidiyyəti yoxdur. Sadəcə olaraq kanal Novxanı çimərliyinə gedən yolun üzərində yerləşir.