Respublika Klinik Xəstəxanası adlı BAZAR - Görünəni budur...
 
 

 
Faktinfo.az saytı bildirir ki, Azərbaycanda sorğu keçirilərsə, bəlkə də əhalinin ən çox narazılıq etdiyi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və TƏBİB olduğu təsdiqini tapar.

 
Düzdür, vətəndaşlarımız demək olar, hər gün baş alıb gedən qiymət artımına görə, İqtisadi İnkişaf Nazirliyini də qınayır. Amma bu insan sağlamlığından üstün tutulmadığından TƏBİB qədər deyil. Məsələn, götürək TƏBİB-ə tabe Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasını. TƏBİB-in o zamankı rəhbəri Ramin Bayramlının əmrinə əsasən, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovu Azər İsmayılov əvəz etdi. Bir müddət var ki, Azər İsmayılov Respublika Klinik Xəstəxanasının və səhiyyə müəssisəsinə tabeli Respublika Uşaq Klinik Xəstəxanasının direktorudur.

Bu əvəzləmədən kifayət qədər müddət keçib, yaxşılığa, xəstə məmnunluğuna dair nəsə dəyişibmi? Respublika Klinik Xəstəxanası və səhiyyə müəssisəsinə tabeli Respublika Uşaq Klinik Xəstəxanasında xəstələr onlara göstərilən tibbi xidmətdən razıdırlarmı, həkim və tibbi personalı oradakı mühit sıxmır ki? Təbii, bu suallara cavab verməyi TƏBİB rəhbərliyi məqbul bilməz.
Amma sözügedən xəstəxana barədə bir müddət əvvəl Reportyor.info saytı yazmışdı. Sayt qeyd edirdi ki, xəstəxana mafiya qaydaları ilə idarə olunur, orada gestapo rejimi hökm sürür, xəstənin vəziyyəti ilə maraqlanmaq istəyən jurnalistin üstünə hücum çəkilir.

Faktinfo.az saytı xəbər verir ki, 1 saat xəstəxanasının qarşısında müşahidə etmək kifayətdir ki, xəstə məmnuniyyətinin nə yerdə olduğunu, həkim və tibbi personalın nə səbəbdən narazılıq etdiyini, Respublika Klinik Xəstəxanası və səhiyyə müəssisəsinə tabeli Respublika Uşaq Klinik Xəstəxanasında ölüm faizinin azalıb, yoxsa çoxaldığını biləsən.

Görünür, tibbi xidmətin səviyyəsinə nəzarət etməli olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi heç nəyin fərqində deyil, TƏBİB-də xəstəxanalarda baş verənlərlə maraqlanmaq, müqayisəli təhlillərə əsaslanmaq istəmir. Belə olan halda hər iki qurum haradan xəbərdar olsun ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 2, Respublika Uşaq Klinik Xəstəxanasında 2 müavin olmalı halda, Azər İsmayılovun rəhbərliyi ilə müavinlərin sayı 6-ya çatdırılıb.

Qeyd edək ki, sovet həm də, müstəqillik illərində sözügedən və ona tabeli Uşaq Klinik Xəstəxanasında müavinlərin ümumi sayı 4-dən yuxarı olmayıb, xəstəxananın hər birində 2 müavin olub. Yəni, ştat vahidlərinə xüsusi diqqət yetirilib. İndi nə oldu ki, birdən-birə müavinlərin sayı 6-ya çatdırıldı. Bəlkə bilmirik, bunu tibbi xidmətin yüksəlməsi və ya xəstə məmnuniyyətinin artması ilə əlaqələndirəcəklər, yoxsa...

Eləcə də, nə ehtiyac var, statistika üzrə müavin ştatına ki, Azər İsmayılov bu vəzifəyə məxsusi olaraq, Yevlax rayonundan öz yerlisini gətirib. TƏBİB məqbul bildimi bu təyinatı? Hansı məntiqlə razılaşdırıldı əlavə 2 müavin vəzifəsi? Və yaxud TƏBİB rəhbərliyi Respublika Uşaq Klinik Xəstəxanasında baş həkim vəzifəsində Telman İbadovu bildiyi halda, necə olur ki, ora 71 yaşlı digər baş həkim də gətirilir? Bir xəstəxananın 2 baş həkimi olur? Harada görünüb, prezident sərəncamı yaş məhdudiyyətinə görə bir həkimə tətbiq edilir, digərinə yox?!

Bu səpkili sualların sayını uzatmaq, orada ailə ansambılını, qudalar idarəçiliyini, müavinlərin sıxışdırıldığını yazıb mövzunu uzatmaq, adbaad hər məsələnin üzərində dayanıb, hansı nazirin xəstəxanada çalışan müavini Azər İsmayılova tapşırdığını da vurğulamaq olar. Bu isə başqa yazının mövzusudur.

Mövzu ilə bağlı TƏBİB-dən münasibət öyrənmək istəsək də zənglərimizə cavab verilmədi.

FAKTİNFO.AZ

 

XalqXeber.Az

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti