Əbülfəz Məlikov: "qara inhisarın" başında duran şəxsin həbsi daha kimlərin karyerasına son qoyacaq? -
Transbroker MMC-nin keçmiş rəhbəri Əbülfəz Məlikovun dünənki həbsi ölkədə geniş rezonans doğurub. Xüsusilə media nümayəndələri arasında məşhur olan və həmişə "sirli" obrazı ilə sadəcə adı ortalarda dolaşan Əbülfəz Məlikov son illər transbrokerin faktiki olaraq fəaliyyətinin dayandırılmasından sonra ortalarda yox idi. Onun bir müddət Gilan-Aqroya rəhbərlik etdiyi, daha sonra isə ölkəni tərk edərək İspaniyaya yerləşdiyi haqda xəbərlər çıxdı. Məlumatlı mənbələr həqiqətən də Məlikov və şəriklərinə məxsus İspaniyanın, Fransanın və İtaliyanın turizm bölgələrində hotellər zinciri yaratdığını təsdiq etdilər. Amma daha sona Azərbaycanın gömrük sistemində aparılan bir sıra kosmetik dəyişikliklərdən sonra onun ölkəyə qayıtdığı (və ya qaytarıldığı) deyilir.
Son dəfə Bakı Baş gömrük idarəsinin rəhbərliyinin (başda rəis Vüsal Novruzov olmaqla) işdən uzaqlaşdırıldığı dövrdə istindaqa gizli ifadə verən Məlikovun o vaxtdan bu yana adı heç yerdə hallanmırdı. Gömrükdəki son həbslərdən və tutulan generalların davam edən istintaqından sonra Məlikov yenidən DTX təhqiqatçılarının diqqət mərkəzinə düşdü. Nəhayət, dünən Səbail məhkəməsinin qərarı ilə Əbülfəz Məlikovun haqqında həbs qətimkan tədbiri seçilərək onu qandallayıb DTX-nın təcridxanasın apardılar. Məlikovun çarpaz dindirilməsi və gömrüyün generalları ilə üzləşməsi hələ bir neçə həftə sürəcək. Sonunda isə biz yeni həbslərin şahidi olacağıq.
Teref.az yazır ki, bunu Qafqaz Ömərov buizi maraqlandıran suallarımızınn cavabında deyib.
Onu deyə bilərəm ki, bu sahədəki cinayətlər zəncirvari şəkildə həyata keçirilməsə, heç vaxt baş tuta bilməz. Gömrük idarəsinin zabitləri - broker sisteminin rəhbərliyi - mal sahibi və kargo şirkəti - cinayət bu qurumların arasındakı sıx əlaqə vasitəsi ilə həyata keçirilir, həm də ən yüksək səviyyədə. Adi əməkdaşların adi bir səhvi, və haqlarında 2-dən çox şikayət və yə donos işdən xaic olunma ilə nəticələnir. Onu qeyd etmək vacibdir ki, 2006-cı ildə yaradılmış Transbroker MMC və ona verilən geniş səlahiyyətlərin nəticəsində gömrük sistemində aşağı vəzifəli işçilərin, gömrük müfəttişi və broker əməkdaşının korrupsiya imkanları ciddi şəkildə mədudlaşırdı. Həmin sistemdə korrupsiya ancaq rəhbərliklər arasında - gömrüyün yerli idarələrinin rəhbərlikləri, mərkəzi maliyyə şöbəsi, TransBrokerin əsas şöbə rəisləri və sistemin başında duranlar arasındakı cinayət əlaqəsi nəticəsində mümkün ola bilirdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1659963936_1.jpg
Bundan əlavə, malların aktlaşdırılmasından sonra broker əməkdaşları həmin kağızları ərazi rəhbərlərinə verirdilər. Aktlar yığılaraq qrupların Bakıdakı çoxsaylı ofislərinə çatdırılırdı. Buradakı əməkdaşlar hər ərazinin aktlarının nəticəsini başqa bir akta toplayır və daha yuxarı, Məlikovun bazsındakı mühasibatlığa göndərirdilər. Köhnə aktlar isə yerindəcə kəsmə aparatından keçirilərək məhv edilirdi. Daha sonra həftəlik və ya aylıq hesabat Məlikov-Səfər Mehdiyev-Vüsal Novruzov tərəfindən şəxsən Heydərova təqdim olunurdu. Bu, sistemin tam şakildə FHN rəhbəri Kəmaləddin Heydərovun nəzarətində olduğu vaxtlarda baş verirdi. Heç bir mal haqda məlumat kompüterə daxil edilmirdi və hər şey əlyazma şəklində, kustar olaraq siyahiya alınırdı.
Aşağıda nəzarətin güclü olması və idxal edilən malların peşəkər qaydada qeydiyyatdan keçirilməsi yuxarıları tam olaraq kimin nə qədər və hansı malı ölkəyə gətirdiyi haqda dolğun informasiya ilə təmin edirdi. Ölkədə müəyyən dairələr tərəfindən idxala qoyulan monopoliya əslində bu sxemin sayəsində genişlənərək daha da dərinləşdi. Nəticədə isə ayrı-ayrı çeşid malların gömrükdən keçməsinə qeyri-formal qadağalar qoyuldu. İnhisarda olan malın analoqunun və ya əslinin monopolistdən kənar hər hansı bir iş adamı tərəfindən ölkəyə gətirilməsi "cinayət" sayılırdı. Dəfələrlə belə mallar gətirən biznesmenlərin malları müsadirə olunmuş, və ya həmin mallara dəyərlərinin 10 qatı qədər gömrük rüsumu tətbiq edilmişdi. Azərbaycanda inhisar ucbatından iflasa uğrayan onlarla təmiz iş adamı var.
Əbülfəz Məlikovun bu şəkildə gerçəkləşən həbsi isə onu deməyə əsas verir ki, bütün bu şəxslərin uzun illər hesabat verdiklləri boslar, başda Kəmaləddin Heydərov olmaqla, yaxında istintaqa cəlb ediləcəklər. Əks təqdirdə ortadakı vergidən və gömrük nəzarətindən yayındırılmış milyardlarla manatı sadəcə bu şəxslər, yuxarının xəbəri olmadan mənimsəyə bilməzdilər.
Mətbuatda ağızdan eşidilən köhnə söz-söhbətləri "şok xəbər" və ya "dosye" kimi təqdim edənlər isə məsələdən tamamilə xəbərsizdirlər. Azərbaycanın idxal-ixrac əməliyyatlarında bir zamanlar yaxından iştirak etmiş iranlı iş adamlarını mafioz kimi qələmə verərək xəbər başlıqlarının "ŞOK" effektli qırmızı rəngi ilə guya "araşdırma" apardıqlarını və nəyisə ortaya çıxardıqlarını düşünən həmkralar, xüsusən də bu adalara erməni soyadları birləşdirərək məqalələrini daha da oxunaqlı etmək istəmniz kənardan sadəcə gülünc görünür. Əbülfəz Məlikovun adı ilə yanaşı adı çəkilən Mənuçöhr Əhədpur və digər iranlı iş adamları Azərbaycanda ticarətlə məşğul olmuşlar və dünyanın əksər ölkələrinin biznes dairələri ilə sıx münasibətləri olub.
Hələ Heydər Əliyev Naxçıvanda olarkən Cavad Mərəndi və Mənuçöhr Əhədpurun onun yanında olduqları, ərzaq və digər məhsulların qıtlığının aradan qaldırılması məsələsində Naxçıvana yardım etdikləri də faktdır. Heydər Əliyev 1993-cü ildə Bakıya gəldikdən sonra ölkənun dağılmış iqtisadiyyatının fonunda xarici ölkələrlə yeni qurulacaq ticarət münasibətlərinin yaxşılaşdırılması və möhkəmləndirməsi məqsədi ilə ölkənin mal dövriyyəsinin yavaş-yavaş nəzarətə götürülməsi, idxal-ixrac əməliyatlarının qaydaya salınması, habelə gömrük sisteminin qurulması niyyəti ilə yuxarıda adları çəkilən iranlı (azərbaycanlı) təcrübəli iş adamlarına böyük dövlət imtiyazı verdi.
Həm Cavad Mərəndi, həm Mənuçöhr Əhədpur o vaxtlar beynəlxalq markaların Azərbaycana və Orta Asiyaya gətirilməsində böyük rol oynayıblar. Britaniya vətəndaşı Cavad Mərəndi Coca-Cola Company, Phillip Morris international və McDonalds kimi dünya nəhəglərinin Azərbaycan və Orta Asiyadakı müəssisələrinin yaradılmasında böyük rol oynayıb, bu layihlərin nümayəndəsi, baş məsləhətçisi və baş meneceri vəzifələrini tutub. Cavad Mərəndi əslən Cənubi Azərbaycanın Mərənd şəhərindəndir. Tehranda anadan olub. Azərbaycanlıdır. Britaniya vətəndaşıdır. Mərandi Londonun Belqraviya bölgəsindəki İton meydanında təxminən 22,5 milyon funt sterlinq dəyəri olan bir evdə yaşayır.
Mənuçöhr Xangah oğlu Əhədpur (Əhədov). Ailəsi İrana Bakıdan köçüb. Özü Tehranda anadan olub. 1971-75-ci illərdə Birminhemdəki New Castle universitetini bitirib. AZGroup şirkətinin qurucusu və prezidenti olub. Azərbaycan at idmanı federasiyasının vitse-prezidenti olub. At idmanı stadionu və 2012-ci ildə Bakıda keçirilmiş City Challenge avtoyarışlarının təşkilatçısı olub. Daha sonra, bunun sayəsində Bakının Formula-1 yarışlarına ev sahibliyi etməsi prosesi asanlaşdı. AzərSun şirkətinin təsisçilərindəndir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1659963932_4.jpg
Araşdırmadan da göründüyü kimi, beynəlxalq ticarəti keçmiş musiqiçi Kəmaləddin Heydərova və keçmiş pərəkəndə siqaret satıcısı Əbülfəz Məlikova məhz bu biznesmenlər öyrədiblər. AzərSun şirkətinin rəhbəri Abdulbari Gözəl, Paolo Pərviz və digər Azərbaycandakı yeni yaradılan o vaxtların iri layihələrinin başqa rəhbərləri də ölkəyə həmin illərdə gəliblər. Həmin vaxtlar Azərbaycanda bir-birinin ardınca açılan Holdinqlərin, başda AzərSun və Gilan olmaqla, əksəriyyətinin Mərəndi və Əhədpurun biznes planları əsasında yaradıldığı bu sahəyə aidiyyatı olanlar tərəfindən bilinir, və heç kimə də sir deyil. Burada konspiroloji nəzəriyyə axtarmaq isə ümumiyyətlə yersizdir.
Hazırda onların heç biri (Abdulbari xaric) Azərbaycanda deyil. Artıq aradan keçən illər ərzində ölkədə çox şeylər dəyişib. Struktur, kadrlar, biznes elita və s. Mərəndi və Əhədpur kimi savadlı, ağıllı, təcrübəli və sanballı menecerlərdən biznes dərsi alan keçmiş musuqiçi və siqaret satıcısı isə elə ağıllarına və intellektlərinə uyğun, öz iyrəncliyi və amansızlığı ilə dünyanın heç bir ölkəsində analoqu olmayan inhisar sistemi yaratdılar. Nəticəsində isə Azərbaycan dünyada kölgə iqtisadiyyatının həcminə görə uzun illər liderlik etdi.
Hazırda bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Gömrük sistemi də bütün digər sahələr kimi iflic vəziyyətindədir. Monopoliya əl dəyişdirir və son illər yaradılmış istehsal sahələri gömrük və vergi qanunvericiliklərindəki boşluqlar, çatışmazlıq, o cümlədən bu sahələrdəki ixtisaslı kadrların olmaması ucbatından işləyə bilmir. Daxili bazarı tənzimləmək, dempinq rüsumları tətbiq etmək, ölkədə istehsal olunan malın anloqunun idxalına qoyulmalı olan qadağalar böyük monopoliyanın güclü lobbisinə ilişir və nəticədə bütün sistem axsayır, itirən isə ölkə və xalq olur.
Qafqaz Ömərov
Teref.az
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti