Teref.az xəbər verir ki, Göyçay rayonu Potu kənd sakini Qafarov Səxavət Əlikram oğlu yazır: "Hörmətli cənab Prezident! Yazaraq Sizi məlum etmək istəyirəm ki, Sizin göstərişinizə əsasən 19 avqust 2022-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin qəbuluna düşmək qeyri-mümkündür. Hətta qəbula yazılmaq üçün Agentliyin elektron poçtuna yazılı müraciət etsəm də, mənə cavab verən yoxdur. Çünki məni Zaur Əliyevin qəbuluna buraxmaq istəmirlər. Səbəb isə ondan ibarətdir ki, Yaşar Əhmədov qorxur ki, mən Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verən çoxlu sayda özbaşınalıqlardan Zaur Əliyevə şikayət edəcəyəm. Məhz ona görə də yalnız özlərinə sərf edən vətəndaşları qəbula yazırlar, mənim kimi haqq uğrunda mübarizə aparan şəxsləri isə qəbuldan məhrum edirlər. Onların etdiyi tamamilə ədalətsizlikdir, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində göstərilən "Bərabərlik hüququ"na qarşı gəlməkdir. Hörmətli cənab Prezident! Sizdən facebook üzərindən çox xahiş edirəm, yuxarıda qeyd etdiyim qəbulda iştirak etməyimə köməklik göstərəsiniz". Saxavet Qafarov Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Terefd.az