XXI əsrin ən böyük problemi Akim Bədəlov… -
Akim Bədəlovun şirkəti Ağ Şəhərdə ev tikmir, ev yıxır...

Akim Bədəlov 3 MİLYARDI necə mənimsədi..?

İlk öncə onu qeyd edək ki, Ağ Şəhər layihəsi cənab Prezident İlham Əliyevin ən gözəl ideyalarından, təşəbbüslərindən və layihələrindən biridir.
Yəni böyük bir ərazidəki köhnə, müddəti keçmiş, müasir tələblərə cavab verməyən evlər, mənzillər, obyektlər sahiblərindən sərfəli qiymətlərə alınaraq yerində müasir şəhər salınır. Amma...
Əmması odur ki, digər xoşməramlı layihələri vətəndaşların narazılıq mənbəyinə çevirən bəzi rüşvətxor məmurlar Ağ Şəhərdə sakinlərə sanki qara günlər yaşatmağa başladılar.
Biz Gündəlik-Bakı olaraq Ağ Şəhərdə qanuni evi başına uçurdulan, evi buldozerə verilən sakinlər haqqında silsilə yazılar dərc etmişik.
Yəni Ağ Şəhərdə baş verən problemlər bizə tam bəllidir.
Təsəvvür edirsiniz, vətəndaş onun evinə qoyulan qiymətlə razılaşmayanda, qazını kəsirlər, işığını, suyunu kəsirlər, sonda vətəndaşın ev əşyaları içəridə ola-ola evi buldozerə verib uçurdurlar.
Gündəlik-Bakı dəfələrlə yazıb ki, heç orta əsrlərdə də belə hal olmayıb, axı hətta dini kitablarda da mülkiyyətin müqəddəsliyi, toxunulmazlığı qeyd olunub.
Sözün qısası, Ağ Şəhərdə vətəndaşlara cəhənnəm əzabı yaşadırlar.
Bu problemin başqa tərəfidir.
Bir də var, problemin bambaşqa tərəfi.
Belə ki, hansısa vətəndaş Ağ Şəhərdə tikilən binalardan mənzil almaq üçün şirkətlə müqavilə bağlayıb, vaxtında mənzilin pulunu köçürüb, amma...
Əmması odur ki, vətəndaş illər uzunu kirayədə qalaraq mənzilini ala bilmir.
Belə şirkətlərdən biri də “ERA TOWER” tikinti şirkətidir.
Bu şirkət kimə məxsus olsa yaxşıdır.
Akim Bədəlova.
Kimdir Akim Bədəlov..?
Akim Bədəlovun adı keçmiş dövlət katibi, Qarakənddə ermənilərin vurduğu vertolyotda şəhid olan Tofiq İsmayılovun ailəsinə məxsus əmlakın ələ keçirilməsində hallanıb.
Bu adam uzun illər Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri olub. Sonradan şirkətin əsasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və Akim Bədəlov sədr olub.
Yəni 20 ildən çoxdur ki, bu adam bu sahəyə rəhbərlik edib.
Guya Allah qoymasa külək əsəndə, Günəş möhkəm isti verəndə Akim Bədəlov alternativ enerji istehsal edəcək.
Amma son 20 ildə Akim Bədəlov heç on kvadratı isidəcək enerji ortaya qoya bilmədi.
Hamı şahiddir ki, Bakıdan rayonlara gedəndə yolların qırağında, dağ başında, təpələrdə quraşdırılmış külək enerji qurğularının heç pəri də tərpənmir, Günəş batereyalarından isə danışmağa dəyməz.
Amma əvəzində yayılan xəbərlərə görə, Akim Bədəlov 3 milyarda yaxın pulu mənimsəyib.
Təsəvvür edirsiniz, 3 MİLYARD...Ermənistanın büdcəsi qədər...
Bu adamdan soruşan yoxdur ki, 20 il müddətində dövlətin ayırdığı pulları hansı xarici ölkələrə köçürdün..?
Akim Bədəlov bəlkə də XXI əsrin ən böyük maxinatorudur.
Bütün bunları görən, cənab Prezident Agentliyi ləğv elədi. Amma Akim Bədəlov öz əməllərindən geri çəkilmir.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi Akim Bədəlova məxsus “Era Tover” şirkəti vətəndaşların milyonlarını mənimsəyib.
Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar. Onların sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.
Təsəvvür edirsiniz, 2013-cü ildən bəri, yəni 20 ildir ki, binanınn tikintisi davam edir.
Vətəndaşın 2013-də doğulan oğlu, qızı indi evlənməli, ərə getməlidir.
Akim Bədəlov isə deyir ki, binanı tikməyə pul yoxdur.
Deməli, vətəndaşların ödədiyi milyonları Akim Bədəlov mənimsəyib.
Akim Bədəlov düşünür ki, dövlətin 3 milyardını mənimsədim nə oldu ki, Dadaşbalanın, Fatmanisənin 50-100 minini mənimsəsəm nə olacaq..?
Bax, bu cəzasızlıq mühiti bir gün problem ola bilər.
Ulu Öndərimiz Heydər Əliyev əbəs yerə demirdi ki, dövlət cinayətkar cəzasız qalanda sarsılır.
Adam dəhşətə gəlir ee…
Pulunu ver, kirayədə qal və 20 il gözlə. Amma indi də ümid yoxdur ki, bina nə vaxtsa tikiləcək.
Görün şirkətin təsisçilərindən biri olan Akim Bədəlovun oğlu Aqşin Bədəlov şikayətçilərə nə deyir:
“Pulumuz yoxdur, tikə bilmirik, hara istəyirsiniz şikayət edin”.
Vətəndaşlar aksiya keçirməyə hazırlaşır, ancaq Akim Bədəlov onları qəbul etmir.
Binanı tikən MMC-nin direktoru isə deyir ki, borcumuz çoxdur, onu ödəyəndən sonra tikintiyə başlayacağıq.
Burada deyiblər ee…yaz gələr yonca bitər…doyunca yeyərsən.
Son olaraq qeyd etmək istəyirik ki, Azərbaycan qanunları bütün gücü ilə işləməyənədək, bu hallar davam edəcək.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti