Nürəngiz Bəşirova məsuliyyətdən belə yayınmağa çalışır… - VİDEO
Xatırlayırsınızsa, ötən yazımızda Beyləqan polis şöbəsinin və DTX-nin rayon şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Beyləqan rayon xəstəxanasında yanacaq satan oğruların cinayət başında yaxalandıqları, 8 nəfərin saxlanıldığı və barələrində cinayət işi başlanıldığı barədə məlumat vermişdik. Həmçinin həmin yazımızda Beyləqan rayon prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri ifadələrində direktor Nürəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərərək, havadarlarına ağız açaraq onlardan kömək umduğu haqda da yazmışdıq.

RealMedia.az olaraq qeyd edək ki, yazımızın üzərindən qısa vaxt keçməsinə bağmayaraq N.Bəşirovanın yaxın ətrafında olan adamları dövriyyəyə belə bir informasiya buraxdılar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktından xəbərsiz olmayıb, baş verən oğurluq hadisəsini özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veribmiş. Belə çıxır ki, Nürəngiz Bəşirova keçirilən əməliyyatla bağlı məlumatı hüquq mühafizə orqanlarına özü verib. Yəni əməliyyat direktorun məlumatı əsasında keçirilib. ƏLbəttə ki, bu olduqca absurd bir fikirdir. Əslində buna qırxlı çağaya da desən inanmaz. Əgər belədirsə onda ortaya belə bir haqlı suallar çıxır: Əcəba, humanist bir peşənin sahibi olan N.Bəşirovanın xəstəxanada sürücülərin oğurluq etməsindən xəbəri var imişsə, onda bunun qarşısını almaq üçün əlində başqa vasitəmi yox idi? Əlbəttə, var idi! Onları xəbərdarlıq etməklə, vurduqları ziyanı ödətdirib yalnız işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Bilərdi! Bundan başqa, bəs xəstəxanada yaratdığı daxili mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdən və yaxud onun çantasını daşımaqdanmi ibarətdir?
Düzü deyim ki, bu məsələ mənə heç inandırıcı gəlmədi.
Mən hesab edirəm ki, direktorun yaxınları onu məsuliyyətdən kənarda saxlamaq üçün dövriyyəyə belə bir məlumat yayıblar. Məsələn, tutar qatıq, tutmaz ayran.
Əslində isə məlumatı hüquq mühafizə və xüsusi xidmət orqanlarına verən direktor deyil. Məlumatı verən xəstəxananın təcili tibbi yardım şöbəsində işləyən qadındır. Və onun məlumatı kimə verdiyi də bizə məlumdur. Sadəcə olaraq hələ ki, prokurorluğun məsələyə rəsmi münasibətini gözləyirik. Məsələn, işi araşdıran prokurorluq durub desək ki, elə məlumatı bizə Nürəngiz Bəşirova verib, onun məlumatı əsasında əməliyyat keçirilib, bax onda biz hər şeyi açıb ağardacağıq. Hələ ki, bəzi məlumatları gizli ona görə saxlayırıq ki, istintaqın gedişinə maneçilik yaranmasın.
Onu da qeyd edik ki, rayon prokurorluğunun məsələyə vicdanla yanaşacağına, işin obyektiv və qərəzsiz şəkildə aparacağına əminik. İnanmırıq ki, prokuror nəyinsə xatirinə və yaxudda ki, kimlərinsə təsiri dairəsinə düşərək direktoru məsuliyyətdən kənarda saxlamağa çalışa.

RealMedia.az
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti