Neftçalanın gənc başçısı FIRILDAQLA MƏŞĞULDUR? - ÖZBAŞINALIQ!
2020-ci ilin sentyabr ayında Neftçala rayonu 2-ci Mayak kəndi yaxınlığında yerləşən “Kürağzı dövlət fond torpağı”nda 100 hektar torpaq sahəsi almaq üçün rəsmi qaydada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova müraciət etdim. 2020-ci ilin oktyabr ayında mənə həmin ərazidə monitorinq işləri bitdikdən sonra torpaq ayırılacağı ilə bağlı cavab verdilər. TEREF.AZ xəbər verir ki, bu sözləri Axar.az-a Neftçala rayon sakini birinci Vətən müharibəsi iştirakçısı İslam Bayramov İH tərəfindən aldadılmasını iddia edərkən deyib.

O, 2021-ci ilin fevral ayında Dairə torpaq komissiyasının sədri Zaur Kərimovun onu dəvət etdiyini, M.Seyidovun tağşırığına əsasən ona torpaq sahəsi veriləcəyini bildirdiyini qeyd edib:

“Bütün lazımi sənədləri onlara təhvil verməyimi istədilər. Fevral ayından vaxtı uzatdılar və nəhayət sentyabr ayında iqtisadiyyat bölməsinin baş məsləhətçisi Vüsal Ağabəyov və iqtisadiyyat bölməsinin şöbə müdürü Aqil Quliyevin iştirakı ilə sənədlər hazırlandı, mən 5 yerə imza çəkdim. Mənə “torpaq artıq sənindir, narahat olma” deyib yola saldılar.

Kimsə qeyri-qanuni işlədiyimi deməsin deyə, sənədi tələb etdim. Dəfələrlə Mirhəsən Seyidovun qəbuluna gedib şəxsən özü ilə danışdım ki, dəqiq mən o torpaqda iş görə bilərəmmi? İcra başçısı hər görüşdə mənə dedi ki, torpağı mən sizə vermişəm, heç kim o torpağı sizdən ala bilməz, ora sizindir.

Lakin 10 dekabr 2021-ci il tarixində biz cinayət məsuliyyətinə cəlb olunduq. Bizə torpağı verən şəxslərdən biri Aqil Quliyev məhkəmədə şahid qismində iştirak edərək bizə torpağın verilmədiyini dedi”, - İ.Bayramov deyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən icra başçısının birinci müavini Şaiq Məmmədov hadisədən xəbərsiz olduğunu qeyd etdi. Adı çəkilən A.Quliyev və Z.Kərimovun mövqeyini öyrənmək isə mümkün olmayıb.

Bölmənin digər xəbərləri

04 Dekabr 2024 Milyon yarımlıq vergi borcu olan “Dana monopoliyası”nın nümayəndəsi nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunacaq...
04 Dekabr 2024 Milli Observatoriyada korrupsiya qalmaqalı - mütəxəssisdən şok açıqlamalar İDDİA/FOTO
04 Dekabr 2024 Beyləqanda ƏYRİ-ÜYRÜ İŞLƏR... - İLGİNC.
04 Dekabr 2024 Ailəvi restoran yox... AİLƏVİ TƏHLÜKƏ! - İTTİHAM VAR...
04 Dekabr 2024 Ruslan Əliyev “vahid pəncərə” sisteminə necə “barmaq edib”? - İLGİNC FAKTLAR...
04 Dekabr 2024 Özünü `ŞİRVANŞAH` zənn edən icra başçısı... - İLGİNC FAKTLAR...
03 Dekabr 2024 "World Telecom"da "kartdan karta" əməliyyatı - BU NƏDİ BELƏ?
03 Dekabr 2024 Anar Aslanovun gizli planı: 9.5 milyonluq oğurluq və genişlənən avtosalon!
03 Dekabr 2024 Məktəbdə fiziki zorakılıq: Bu dəfə müəllimin uşağı döyüldü - FOTO+YENİLƏNİB
03 Dekabr 2024 Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı – Hüquq mühafizə orqanlarının diqqətinə
03 Dekabr 2024 Cari təmir edən, ehtiyat hissələri satan MMC gənc astronavtlara təlim xidməti də keçir
02 Dekabr 2024 Göyçay sakini torpağının qanunsuz olaraq zəbt edildiyini iddi edir – ŞİKAYƏT / VİDEO, FOTO
02 Dekabr 2024 Göygöldən Sahil Babayevə daha bir fakt: inəyin biri öldü, biri isə...
02 Dekabr 2024 Azərbaycanda tanınmış həkim saxta diplomlu imiş - Belə Belə İşlər
02 Dekabr 2024 Cahid Şahbazovun "kor etdiyi" şəxslər DİLƏ GƏLDİ – İDDİA
02 Dekabr 2024 Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -“gündüz şam işığında” tapılan şirkətlə…
02 Dekabr 2024 “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
30 Noyabr 2024 Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
30 Noyabr 2024 Cəlilabadda iki məktəbin bir direktoru var?!
30 Noyabr 2024 "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT

Dünyapress TV

Xəbər lenti