Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
İctimai Televiziyanın "Sabaha saxlamayaq" verilişində stomatoloqlardan biri iddia edib ki, TƏBİB onları həbslə təhdid edib. Onun sözlərinə görə, qurum diş həkimlərini polislə hədələyib. Deyilib ki, polisin əli ilə ciblərinə pul qoyulacaq və tutduracaqlar. Anaxeber.com yazır ki,
bu fikirlər heç də sıradan platformada səslənməyib - İTV-də. Əslində stomatoloq bu iddiaları səsləndirirsə, TƏBİB rəhbərliyi Azərbaycan polisinə hörmətsizlik edib, onun imicinə xələl yetirib, ünvanına böhtan atıb.
İkincisi, bəlli olur ki, stomatoloqlarla bağlı yaranmış problem məhz ictimailəşdiyi üçün TƏBİB onlarla görüşərək məsələni həll etməyə məcbur qalıb. Yəni əks halda, diş həkimlərindən aylıq 1200-1800 manat tələb olunacaqdı. Faktiki bu vəsaiti istəməklə TƏBİB stomatoloqların "dişini çəkmiş" olurdu. Guya bu pul stomatoloji kabineti normal olmayan, gəlir gətirməyənlərə aiddir.
Belə desək, icarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil, zəruri avadanlıqlarla təmin olunmayıblar, stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli, həm avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir. TƏBİB cavab verir ki, "plan" qoyulmayıb. Lakin qurum nümayəndələri həkimlərlə görüşdə etiraf ediblər ki, TƏBİB gəliri az olan stomatoloqlara guya öz hesabından maaş ödəməli olur. Amma TƏBİB həm də açıqlamasında stomatoloqların gəlirərini gizlətdiyini, maliyyə uçotundan yayındığını iddia edir. Bir sözlə, Vüqar Qurbanovun icraçı direktoru olduğu bu qurum stomatoloqlara hücum çəkib, onlara "haqq" qoyub, indi işin üstü açılıb deyə geri çəkilib. Hətta görüşdən sonra Ağcabədi, Hacıqabul rayonlarının mərkəzi xəstəxanasının diş həkimləri də jurnalistlərə bildiriblər ki, müzakirə zamanı aylıq 1200-1800 manat ödəmək imkanı olmadığı TƏBİB rəhbərliyinin nəzərinə çatdırılıb. Sitat: "
TƏBİB özü-özünü maliyyələşdirən qurumdur. Onlar istəyirlər ki, xəstəsi olmayan həkimləri işdən uzaqlaşdırsınlar. Biz də dedik ki, rayonda aylıq 1200 manat ödəməyimiz mümkün deyil. Bizdən sadəcə ay ərzində 15-20 xəstə qəbul etdiyimizə dair qəbz göstərmək tələb olunur ki, TƏBİB bizi işdə saxlaya bilsin. Burada məsələ ay ərzində xəstəsi olmayan həkimlərin işdən uzaqlaşdırılmasıdır”.
Maraqlıdır, TƏBİB xəstəsi olmayanları hansı əsasla işdən azad edə bilər? Üstəlik, inandırıcı görünmür, bu gün diş həkimlərinin kifayət qədər xəstəsi var. Bu məsələdə hiss olunur ki, TƏBİB aylıq "plan" tələbini ört-basdır etmək üçün belə izahlar irəli sürməyə çalışıb. Yəni qurum rəhbərliyi açıq şəkildə rüşvət istədiyini gizlətməyə can atıb. Bəs İTV-nin efirində həkimləri həbslə təhdid edilməsi barədə səslənən iddialar nədir?
Bu faktlar, pul tələbi göstərir ki, TƏBİB bir struktur olaraq özünü doğrulda bilməyib. Ümumiyyətlə, səhiyyə sistemi sistemsiz, dağınıq, xaotik görünür. Çünki səlahiyyət bölgüsü, funksionallıq, nəzarət mexanizmi bərbad və anarxikdir. Bu gün Səhiyyə Nazirliyinin səlahiyyətləri ilə TƏBİB-in funksiyaları bir-birinə qarışıb. Ona görə vahid sistemə, bir strukturun saxlanmasına ehtiyac var. Olmayan Azərbaycan səhiyyəsində iki qurumun fəaliyyətinə nə zərurət var? Bütün bunlar izafi xərclər deməkdir. Onlardan biri saxlanmalıdır. Çünki hər qurum öz tələbləri ilə əlavə problemlər yaradır. Sonuncu diş həkimləri idi. Vüqar Qurbanovun "xaç atası" kimi bir "mafiya" yaradıb stomatoloqları həbslə qorxutması, aylıq "plan" istəməsi göstərir ki, TƏBİB rəhbərliyi özünü keçmiş MTN generalı Akif Çovdarov kimi aparır...

Azər Talıbov
Anaxeber.com
 

Bölmənin digər xəbərləri

25 May 2025 Ramella Məmmədova vəzifə səlahiyyətindən sui - istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR
25 May 2025 Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
25 May 2025 Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
25 May 2025 Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
25 May 2025 "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
24 May 2025 Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?

Dünyapress TV

Xəbər lenti