"ABŞERON RAYON İCRA BAŞÇISI ABİDİN MÜƏLLİM!.. Masazır dairəsindən üzü düz “Duz gölü” istiqamətində yollar bərbad gündədir!" TEREF.AZ xəbər verir ki, bunu öz müraciətində telejurnalist Arifə Əliyeva qeyd edib. O daha sonra əlavə edib: "Deyim ki, yol təzəlikcə bu günə düşüb, əsla. Qışda yağan yağış da yolları tamamilə sıradan cıxarıb. İndi nə edək, necə edək? Həmin yolunun üzərində nə qədər tikinti şirkətləri yeni binalar tikiblər. Onlar da düzətmirlər. Belə də niyə etsinlər ki, ərazini zatən pul müqabilində alıblar. Ən maraqlısı bilirsiz nədir? Həmin yolda Masazır Bələdiyyəsi, Masazır İcra nümayəndəliyi yerləşir. Bu problemləri necə yoluna qoyaq? Siz rayona icra başcısı təyin edildikdən sonra yolların təmirinə nə qədər “kağız üzərində” pullar ayırmısınız. Belə pis cıxmasın, hara gedib o pullar? Hələ Ulu Öndər Heydər Əliyevin adına olan "Heydər Əliyev prospekti"nə olan ögey münasibətinizin sirri də maraqlıdır... Kim sizə haqq verir ki, millətə zülm edəsiniz? Sakinləri çətin vəziyyətə salmaqla, əhalini dövlətdən niyə narazı salırsınız? Nədir məqsədiniz?" TEREF