Mehdiqulu müəllim 33 nömrəli məktəbin direktorudur ya fermanın?
Neçə müddətdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin nəzdindəki təhsil ocaqlarının ağlamalı halından bəhs edən faktlar yerli KİV-ləri bəzəsə də, nədənsə hələ də aidiyyatı qurumların gərəkən reaksiyası görünmür. "DİA-AZ" bildirir ki, doğrudur, ara-sıra baş qatmaq üçün Elm və Təhsil Nazirliyindən yoxlamalar gəlir... Amma həmin yoxlamalar gəldikləri kimi də yola salınır... daha dəqiqi, cib dolusu...

Məhz elə buna görədir ki, bu gün əsasən Abşeron və Sumqayıt məktəbləri elə bazar kimi idarə olunur. Necə deyərlər balıq başdan iylənər...

Amma bu da hamısı deyil. Elə məktəb var ki, hətta bazar nədir... LAP FERMA kimi idarə olunur. Bu barədə "DİA-AZ"a gileylənən valideynlər iddia edir ki, hazırda Sumqayıt şəhər 33 nömrəli məktəbinin direktoru vəzifəsini tutan Mehdiqulu Aslanov əslində bir fermerdir.

Valideynlər yazır: "Mehdiqulu müəllim işinin başında az tapılıb və əsas gücünü İmişlidəki fermasına ayırır. Vaxtının çoxunu fermasında, təsərrüfatının başında keçirdiyindən məktəbə də diqqət ayıra bilmir. Diqqət ayıranda da məktəbi ferması ilə qarışıq salır, məktəbi elə ferması kimi idarə edir.

Hər halda nazirlikdə oturanlar bu məsələyə diqqət ayırmalıdırlar. Əgər bir təhsil işçisi, xüsusən də tədris ocağının rəhbəridirsə, özünün əsas enrjisini tamam fərqli sahəyə yönəldirsə, onun şələ-şüləsini qoltuğuna vermək, fermasına yollamaq lazımdır.

Əks halda durum belə olacaq. Yəni Sumqayıtın 33 nömrəli məktəbində olduğu kimi. Bugün bu məktəbin fermadan fərqi yoxdur..."

Qeyd edək ki, Mehdiqulu Aslanov daha əvvəl Sumqayıt şəhər 25 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb. Elə oralarda da sinif otaqları gül qoxumayıb...

Bölmənin digər xəbərləri

31 Mart 2025 Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 Mart 2025 Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? - İLGİNC FAKT
31 Mart 2025  Binəqədidə başçının satmadığı YER QALMAYIB - NARAZILIQ VAR... FOTO
31 Mart 2025 Daha bir tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri sökür? (VİDEO)
31 Mart 2025 Sabirabad rayonunda direktor, Maarif müdiri və Regional Rəhbərinin birgə qanunsuzluğu!!!
31 Mart 2025 Masallı sakini Prezidentə müraciət etdi: "Oğlumun ölümündə olan günahkarlar cəzalandırılsın"
30 Mart 2025 "Tender kralı" Ramazan Mirzəyev kimdir? -Dövlətin milyonları necə talanır?
30 Mart 2025 ƏƏSMN üçün yardılmış “MAC CONSTRUCTİON”: Şirkət rəhbəri ilə Sahil Babayevi nə birləşdirir?
29 Mart 2025 Yasamalda zibil qutularının yerində obyekt tikilir – İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”
28 Mart 2025 Xətaidə bu başıpozuqluğa kimlər rəvac verir? - İcra Hakimiyyəti hara baxır? FOTO
28 Mart 2025 Deputat və oğlu NƏDƏ ittiham olunur
28 Mart 2025 "Melissa Grup" vandallıqda tək deyil - MTK rəhbərləri mafioza çevriliblər... video
28 Mart 2025 Badamdarda sürüşmə zonasında 40 illik şam ağacları məhv edildi — Yerində obyekt tikən kimdir?/FOTOLAR
28 Mart 2025 Elşad Həsənov Yasamalı SƏHRAYA ÇEVİRİR - BUNUN BAŞQA ADI YOXDUR...
28 Mart 2025 Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları
27 Mart 2025 şdən qanunsuz olaraq çıxarıldı, özünün də xəbəri olmadan 16 il maaşını DSK sədri aldı - ELDAR ƏHMƏDOVA QARŞI ŞOK İTTİHAMLAR
27 Mart 2025 Korrupsiyada ittiham olunan rəsmi nümayəndə, tikinti xaosu... - AAAF PARKDA NƏ BAŞ VERİR?
27 Mart 2025 Biləsuvarda “ağ qızıl” əməliyyatı: Bələdiyyə sədri ilə müavinin işbirliyi
27 Mart 2025 Yasamal rayonunda ağaclar gecə ilə məhv edilir - Açıqlama+Video
27 Mart 2025 Pərvin Ağasiyevin vərdişə çevrilən əməlləri! PLUTOKRATİK XAUS

Dünyapress TV

Xəbər lenti