SAHİBSİZ QALAN BİNƏQƏDİ... - BU NƏDİ BELƏ?..
Azərbaycanda miladi təqvimlə qeyd olunan dövlət bayramları hicri-qəməri təqvimlə qeyd olunan dini bayramlarla yanaşı və ya üst-üstə düşəndə Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə qərar verərək, onların yerini dəyişdirir, nəticədə təqvimdə bir həftə, on gün, bəzən hətta iki həftə çəkən tətil yaranır.

"DİA-AZ" nyus.az portalına istinadən xəbər verir ki, son illər belə tətillərdən fürsət kimi yararalananlar sırasında qanunsuz tikinti həyata keçirən işbazlar öndə gedir. “Dərə xəlvət, tülkü bəy” prinsipi ilə hərəkət edən belələri qanunsuz tikintini həyata keçirən sahibkar və tikinti işlərin qanuna uyğun olmasına cavabdehliklə vəzifələndirilmiş aidiyyəti dövlət qurumlarının məmurlarıdır. Aidiyyəti dövlət qurumları dedikdə isə, şəhər, rayon, şəhərlərdə rayon icra hakimiyyətləri, Dövlət Şəhərsalma və Arxitektira Komitəsi (Komitənin strukturuna daxil olan müvafiq təşkilat), Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, qanunsuz tikinti işlərinin aparıldığı sahə neft hasil olunan əraziyə təsadüf etdiyi hallarda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) nəzərdə tutulur.

Bu qurumların yerlərdəki nümayəndələrinin hər yerdə gözü var, demək olar yatmırlar. Onlardan icazəsiz daşı daş üstə qoymaq olmaz. Ancaq bəzən özlərini görməzliyə vururlar. Əlbəttə ki, hansısa maraqları naminə. Təqvimdə uzun sürən tətillər belələrinə “kor olmaq girəvəsi” verir.

Bakı şəhəri Binəqədi rayonu ərazisində, Xırdalan – Binəqədi şossesinin dəyirman yolu ilə kəsişməsində, “777” tikinti materialları mağazasının yaxınlığında nəhəng ölçüdə qanunsuz obyekt inşa olunur. Ərazidə aparılan video-çəkilişdən də görünür ki, tikinti faktiki işləyən neft quyularının yaxın həndəvərində həyata keçirilir. Az əvvəl Dövlət Neft Şirkətinin nümayəndələri sözügedən əraziyə gələrək qanunsuz tikilən hasarı sökdürüblərmiş. Lakin bir-birinə calanan bayram günləri başlayan kimi tikinti yenidən davam etdirilib. Bu cür həyasızlıq, özbaşınalıq isə yalnız “vur” deyənin olduğu halda “ayaq tutub yeriyir”.

Görəsən, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev bu məsələyə münasibətdə hansı ampluadadır – yatıbmı, mürgüləyirmi, gözünün acısını alırmı, yoxsa, özünü görməzliyə vurubmu?

Əslində, bu halların heç biri onun məsuliyyətini azaltmır. Amma ola bilsin, gəlirlərini artırır. Çünki onun rayona başçılıq etdiyi son 7 ilə yaxın müddət ərzində Binəqədi ərazisində, o cümlədən, ARDNŞ-nin balansında olan ərazilərdə qanunsuz tikililərin sayı artıb. Həm sayı, həm də qeyri-rəsmi icazə verilməsi üçün tələb olunan rüşvətin kəmiyyəti...

Qeyd edək ki, E.Allahverdiyevin təkcə bayram tətillərində deyil, hamının başı beynəlxalq miqyaslı iri dövlət tədbirlərinə qarışdığı hallarda da özbaşınalıqlara rəvac vermək təcrübəsi var. O, ötən ilin payızında keçirilən COP-29 tədbiri zamanı da özünü yuxululuğa vurmuş, rayon ərazisində xeyli qanunsuz tikinti işlərini görməzdən gəlmişdi.


 
 
 

Bölmənin digər xəbərləri

31 Mart 2025 Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 Mart 2025 Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? - İLGİNC FAKT
31 Mart 2025  Binəqədidə başçının satmadığı YER QALMAYIB - NARAZILIQ VAR... FOTO
31 Mart 2025 Daha bir tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri sökür? (VİDEO)
31 Mart 2025 Sabirabad rayonunda direktor, Maarif müdiri və Regional Rəhbərinin birgə qanunsuzluğu!!!
31 Mart 2025 Masallı sakini Prezidentə müraciət etdi: "Oğlumun ölümündə olan günahkarlar cəzalandırılsın"
30 Mart 2025 "Tender kralı" Ramazan Mirzəyev kimdir? -Dövlətin milyonları necə talanır?
30 Mart 2025 ƏƏSMN üçün yardılmış “MAC CONSTRUCTİON”: Şirkət rəhbəri ilə Sahil Babayevi nə birləşdirir?
29 Mart 2025 Mehdiqulu müəllim 33 nömrəli məktəbin direktorudur ya fermanın?
29 Mart 2025 Yasamalda zibil qutularının yerində obyekt tikilir – İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”
28 Mart 2025 Xətaidə bu başıpozuqluğa kimlər rəvac verir? - İcra Hakimiyyəti hara baxır? FOTO
28 Mart 2025 Deputat və oğlu NƏDƏ ittiham olunur
28 Mart 2025 "Melissa Grup" vandallıqda tək deyil - MTK rəhbərləri mafioza çevriliblər... video
28 Mart 2025 Badamdarda sürüşmə zonasında 40 illik şam ağacları məhv edildi — Yerində obyekt tikən kimdir?/FOTOLAR
28 Mart 2025 Elşad Həsənov Yasamalı SƏHRAYA ÇEVİRİR - BUNUN BAŞQA ADI YOXDUR...
28 Mart 2025 Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları
27 Mart 2025 şdən qanunsuz olaraq çıxarıldı, özünün də xəbəri olmadan 16 il maaşını DSK sədri aldı - ELDAR ƏHMƏDOVA QARŞI ŞOK İTTİHAMLAR
27 Mart 2025 Korrupsiyada ittiham olunan rəsmi nümayəndə, tikinti xaosu... - AAAF PARKDA NƏ BAŞ VERİR?
27 Mart 2025 Biləsuvarda “ağ qızıl” əməliyyatı: Bələdiyyə sədri ilə müavinin işbirliyi
27 Mart 2025 Yasamal rayonunda ağaclar gecə ilə məhv edilir - Açıqlama+Video

Dünyapress TV

Xəbər lenti