Adil Əliyevin rayonunda işləri GECƏ GÖRÜRLƏR... - VİDEOFAKT
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, 50 v ünvanda qanunsuz qeyri-yaşayış obyekti inşa olunur. Redaksiyamıza təqdim olunan fotoşəkillərdən görünən odur ki, iki marketin arasında yerləşəcək bu üçüncü obyekt yol infrastrukturunu da pozur; Abbas Fətulayev küçəsi ilə yaxınlıqdakı yaşayış binalarını əlaqələndirən yolu bağlayır. Ərazidə işlər necə deyərlər, şıdırğı, az qala gecələr də gedir. Aşkar hiss olunur ki, obyekti tikdirən tələsir, yaxud, tələsdirirlər.

Xatırladaq ki, Xətai və Suraxanı ərazilərinə düşən Abbas Fətullayev küçəsi 4 il əvvəl əsaslı şəkildə təmir edilib. Yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib. Təmir zamanı zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub. Elə həmin zəruri sayılıb bərpa edilən səkilərin üstünü sözügedən obyekt örtəcək.

Görülən işlərin yol tərəfdən nəzəri cəlb etməməsi üçün sahənin kənarına faner lövhələr söykəyiblər. Bununla belə fanerlərin arxasından tikilən obyektin özülü üzərində ucaldılmış dirək karkas dirəklər görünür. Axı cidanı çuvalda gizlətmək olmaz. Mediaya həmişə həssas yanaşmış Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli cənab Adil Əliyev də yəqin, bundan sonra məsələdən xəbər tutacaq və xatırlayacaq ki, sələfi Əzi Əzizovun ünvanına deyilən tənqidlərin əksəriyyəti məhz rayon ərazisində qanunsuz tikilələrə rəvac verməsi ilə bağlı idi.

Nyus.Az

 
 
 

Bölmənin digər xəbərləri

14 Mart 2025 Yasamalın başçısı səki satır-FOTO
14 Mart 2025 Masazırda zibil problemi: Qurtuluş 93-ü Üfunət iyisi bürüyüb
14 Mart 2025 Abşeron icra başçısı sahibkarla necə razılaşdı? - Obyektə görə yaşıllıq məhv edildi - FOTO
14 Mart 2025 “Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT
14 Mart 2025 Cəlilabadın bu kənd məktəbində Şahin müəllim RÜZGARI - "ölücanlar"dan qazanılan para və rüşvət yuvasına çevrilən təhsil ocağı/ŞİKAYƏT
14 Mart 2025 ADAU-da baş verən qanunsuzluqların izi ilə - VİDEO / YENİLƏNİB
14 Mart 2025 “Ref Logistics”in rəsmisi sahibkarın pulunu “atıb”: Özünə bahalı maşınlar alıb
14 Mart 2025 Şirkət rəhbəri vətəndaşları necə aldadıb? - VİDEO
13 Mart 2025 "Biz xəstələrin öldürülməsinə və şikəst qalamsına imkan verməyin" - Ağcabədi sakinindən nazirliyə MÜRACİƏT
13 Mart 2025 Xırdalan məktəbində qalmaqal: İşdən çıxarılan müəllimdən qeyri-etik paylaşımlar... - VİDEO
12 Mart 2025 240 nömrəli məktəbdə: “31 illik hökümdarlıq kreslosundan Korrupsiya gedən yollar” – İDDİA
12 Mart 2025 “Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ – Möhnətov yığdığı pulları vergidən necə yayındırır İDDİA
12 Mart 2025 “Azcake”ə məxsus mağazanın vitrinində həşarat gəzişir- Video
12 Mart 2025 Sevindik Hətəmov da təbiətə qənim kəsilib
12 Mart 2025 “İki ildir maaşımız karta yüklənəndən sonra əlimizdən alırlar...” - Həkimlər narazıdır
12 Mart 2025 Bərdədə dövlət işçiləri ƏN UCUZ İŞÇİ QÜVVƏSİDİR... - VİDEOFAKT
12 Mart 2025 Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR-VİDEO
12 Mart 2025 Deputat oğlunun OLİQARX HƏYATI... - HƏDDƏN ARTIQ TƏMTƏRAQ VƏ...
11 Mart 2025 Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi
11 Mart 2025 "Məktəb direktoru məndən 5 min manat pul aldı" — QALMAQAL BİTMƏK BİLMİR (VİDEO)

Dünyapress TV

Xəbər lenti