Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– TƏFƏRRÜAT
Son zamanlar Abeşron rayonunda qanunsuz tikililərin tikilməsi sürəkli şəkil alıb.
Artıq bununla bağlı davamlı olaraq məlumatlar yayılsa da, hər hansı tədbir görülmür.
Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyətinin nəzarətindən kənar hər hansı qanunsuz tikili işlərinin aparılması mümkün deyil. Əksinə, hər şey icra başçısı Abidin Fərzəliyevin nəzarəti altındadır. Üstəlik, bu işlərə onun “qara kassası” kimi tanınan Nurlan adlı əməkdaşı nəzarət edir. Yəni, Abşeron rayonu ərazisində daşı-daş üstünə qoymaq istəyən Nurlanı görməli, razılaşmalı və işinə davam etməlidir.
Bildirək ki, Nurlan Abidin Fərzəliyevin hələ Nərimanov rayon İcra Hakimiyyəti başçısı olan zamanlarda onunla birlikdə işləyir. Elə Nərimanovda olarkən də eyni işlərlə məşğul olub. Yəni, rayon ərazisində qanunsuz obyektlərin inşasına nəzarət edib, “xeyir-dua” verib.
Analoji işləri Abşeronda da reallaşdıran Nurlanın başqa bir şakəri də var. Tribunainfo.az-ın əldə etdiyi məlumatda vurğulanır ki, sözügedən şəxs Nərimanovda olduğu kimi, Abşeronda da özünə milyonluq obyektlərin tikintisini reallaşdırır.
Məlum olduğu kimi, dünən ölkə mediasında Xırdalanda binanın altının qazılmasını əks etdirən görüntülər yayılmışdı. Hadisədən dərhal sonra Abşeron İcra Hakimiyyəti özünü sığortalamaq üçün dərhal açıqlama yaydı ki, bəs, Abşeronda qanunsuz obyektlərin söküntüsü həyata keçirir.
Hərçənd Abidin Fərzəliyevin Abşeronda həyata keçirdiyi dahiyanə “siyasəti” hər kəsə məlumdur. Məsələ belədir ki, icra başçısı bu açıqlaması ilə yalnız özünü aldada və ya ovundura bilər. Çünki onun rəhbər təyinatından sonra Abşeronda hansı qanunsuzluqların baş verdiyini hər kəs bilir. Rayonun zibilxanaya çevrilməsi, zibil qalıqlarının küçələri başına alması da zaman-zaman medianın müzakirəsi olub. Lakin indiyə qədər heç bir tutarlı tədbir görülməyib.

Abşeronda Nurlan Həsənov hegemonluğu
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1741364157_1.jpg
Bundan əlavə, Abşeronda bunca baş verən qanunsuzluqlar, xüsusən də qanunsuz obyektlərin inşa edilməsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də göz yumur. Lakin bunun konkret olaraq nədən qaynaqlandığı hələlik bəlli deyil. Hərçənd Abidin Fərəzliyevin “qara qaşına, ala gözünə aşiq” də deyillər. Şübhəsiz ki, ortada hansısa anlaşma var. Və bu anlaşma maraqların təmin olunması fonunda reallaşır.
Bir sözlə, Abşeronun icra başçısı Abidin Fərzəliyevin bu əməllərinin üstü açıldıqca, təşvişi də artır. Ona görə ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yaşayış yerlərinin qeyri-yaşayış sahəsinə çevrilməsi, belə bir təyinatlı istifadəsi və ya obyektə çevrilməsi qadağan olunub.
Faktiki olaraq Fərzəliyev Prezidentin bu göstərişinə qarşı gələrək, tapşırığı yerinə yetirmir. Və zaman-zaman bunun üstü açıldıqca, yuxarıdan aşağıya doğru təpkilərin də artacağının fərqindədir. Məhz bu problemdən sığortalanmaq üçün ara-sıra “şou” təşkil edərək, hansısa obyektin sökülməsini çəkərək, paylaşmaqla özünü qorumağa çalışır. Lakin hara qədər?
Qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
***
Xatırladaq ki, yazıda barəsində bəhs edilən Nurlan Həsənov Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisidir. Vaxtı ilə paytaxtın Nərimanov rayonunda Abdin Fərzəliyevin müavini olan bu şəxs haqqında Yenixeber.org-da da, yazılar dərc edilib. Redaksiyamıza ünvanlanmış vətəndaş müraciətlərini ictimailəşdirsək də, məlum nəticə olmur. ( Yazılardan birini bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/arasdirma/171392-ab%C5%9Feron-rayon-i%CC%87cra-hakimiyy%C9%99tind%C9%99-nurlan-h%C9%99s%C9%99nov-m%C3%BC%C9%99mmas%C4%B1.html

Nurlan Həsənov Nərimanov rayonunu olduğu kimi, Abşeronuda "NURLANDIRMAQDADIR". Görünür Abdin müəllim, sevimli kadrını Abşerona boşuna transfer etməyib.(Yenixeber.org)

Bölmənin digər xəbərləri

09 Mart 2025 DSMF filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
08 Mart 2025 Hüseynova masajçıdır yoxsa kosmetoloq?- Video- Foto
08 Mart 2025 İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR
08 Mart 2025 Xırdalan 1 nömrəli məktəbdə 8 mart YIĞIMI - Şagirdlər hədiyyələri məktəbin arxa qapısından belə daşıyır/ANBAAN GÖRÜNTÜLƏR
08 Mart 2025 Gəncə ŞİH ilə Su Kanalı idarəsinin rəisi dövlətin 49 milyon 500 min dollar kanalizasiya pulunu necə mənimsədilər?! - DE-FAKTO
07 Mart 2025 Müəllimlərə “hinduşkabaş” deyən direktorun şok səs yazısı – ÖZƏL
07 Mart 2025 Yasamal rayonu böyük təhlükədə: “FHN niyə susur?” - FOTOLAR
07 Mart 2025 149 saylı məktəbdə pul yığılması təsdiqləndi... - Valideynlər üsyan edir
07 Mart 2025 İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır” – Bir nəfərə məxsus müxtəlif MMC-lərlə
07 Mart 2025 Abidin Fərzəliyevdən ŞOK ÖZBAŞINALIQ - Görün, HARANI SATDI...
07 Mart 2025 Azpetrol"dan "Aİ-95" benzini vurdu, maşını sıradan çıxdı (Video)
07 Mart 2025 "Sərin”də kabablar hansı ətdən hazırlanır? FOTO
07 Mart 2025 Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?
07 Mart 2025 DSMF pensiyanı dələduzluqla kəsməsini “dövlət sirri” sayır
07 Mart 2025 "MedEra" klinikasında Musa Kılıç necə həkim kimi çalışır?
07 Mart 2025 Saatlı Xəstəxanasında nə BAŞ VERİR? - İTTİHAM VAR...
07 Mart 2025 “Banka qoyduğum 300 min dollar yoxa çıxıb”
07 Mart 2025 Milli Onkologiya Mərkəzinin girişində xəstə yaxınlarından əlavə ödəniş tələb olunur- İDDİA
07 Mart 2025 Sabirabadın Həsən Həsənov adlı QOÇUSU VAR... - vətəndaş ÇARƏSİZ DURUMDA
06 Mart 2025 Zamirə Dadaşova "Azəriqaz" rəhbərinə səsləndi: Bu xalqın Allahı var!

Dünyapress TV

Xəbər lenti