b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_caac1f42650b966a56e7af5b4ec9e593.jpeg
  

Ukrayna PUA-larının səmada olması səbəbindən Vladiqafqaz hava limanında “Xalça” ("Kovyor”) planı ilə bağlı maraqlı nüansları təqdim edir: planı tətbiq edilib.

Musavat.com bu barədə "SHOT" telegram kanalına istinadən xəbər verir.

Qeyd edilib ki, plana əsasən Şimali Osetiyada pilotsuz təyyarələr üçün təhlükə rejimi elan edilib.

Bəs "Kovyor” planı nədir və nə zaman tətbiq edilir.

Bu barədə məlumatları təqdim edirik:

“Rusiya Federasiyasının hava məkanından istifadə üzrə federal qaydaların təsdiq edilməsi haqqında” hökumət fərmanına əsasən, havada fövqəladə, müstəsna hallarda “Kovyor” planının (siqnalının) tətbiqini nəzərdə tutur. Ümumi aviasiya mühitində “Kovyor” planı qapalı səma rejimi adlanır. Bu, havadakı bütün (bəzi istisnalarla) təyyarələrin belə bir rejimin əhatə dairəsindən dərhal enməsi və ya çıxması tələbi deməkdir. Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir. 

Rusiya qanunvericiliyinə görə, “Kovyor” planı 3 halda tətbiq edilir:

Rusiya Federasiyasının dövlət sərhədini hava yolu ilə qanunsuz keçmə;

Hücum edən təyyarəyə qarşı silah və ya hərbi texnikanın (məsələn, hərbi təyyarələrin) istifadəsi;

səmada naməlum uçan obyektin və digər maddi obyektlərin (məsələn, PUA-lar) görünüşü.

Hücumu həyata keçirən hava gəmisi aşkar etdikdən sonra növbətçi hava hücumundan müdafiə qüvvələri əvvəlcə pozuntunun dayandırılmasını (məsələn, dövlət sərhədini qanunsuz keçmək) əmr edən rejim siqnalı verir. Hücum edən təyyarə reaksiya vermirsə, hava hücumundan müdafiə ikinci bir siqnala - "Kovyor"a daxil olur. Hava hücumundan müdafiə “Kovyor” planı çərçivəsində ərazinin sərhədləri haqqında da məlumat verir.

Regional mərkəzləri bütün hava gəmilərinə aşağıdakıları tələb edən əmrlər verir:

- bütün təyyarələrin səmadan dərhal enməsi;

- bu və ya digər səbəbdən yerə enə bilməyən hər kəs üçün “Kovyor” planının əhatə dairəsindən çıxmaq;

- “Kovyor” planı üzrə təyyarələrin hava limanlarında uçuş və enişinin dayandırılması.

“Kovyor” planının tələblərini pozan təyyarələr "Rusiya Federasiyasının hava məkanından istifadənin federal qaydalarının təsdiq edilməsi haqqında" qanunun 177-ci maddəsinə uyğun olaraq vurula bilər.

Toğrul İSMAYIL,
Musavat.com

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_Gugu_c.b._jh_photo_2025-03-09_02-35-37.jpg
 
 

Bölmənin digər xəbərləri

09 Mart 2025 ABŞ-ın vitse-prezidenti: “Slava Ukrayni” şüarları səsləndirən etirazçılar üç yaşlı qızımı qorxutdu
09 Mart 2025 Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir
09 Mart 2025 “Putin sülhdə maraqlı deyil”
09 Mart 2025 “Onun nitqində çoxlu yalanlar var idi” — Kreml
08 Mart 2025 Fransa kəşfiyyatının keçmiş rəhbəri azadlıqdan məhrum edildi
08 Mart 2025 Ölüm düşərgəsi: Katın qətliamının dəhşət dolu hekayəti – III YAZI
08 Mart 2025 Knessetin üzvü Simon Moşiaşvili: "İran Azərbaycana hücum etmək istəsə, biz onu müdafiə edəcəyik”. VİDEO
08 Mart 2025 "Crocus" terrorunun təşkilatçısı həbs edildi
08 Mart 2025 Tramp daha bir ölkəyə yardımları dayandırır
07 Mart 2025 Rusiya: Makron həmişəlik yox olacaq
07 Mart 2025 Narazı generallar Pezeşkianla birləşir? - "Türk dilində şeir söyləsə də..."
07 Mart 2025 Vens niyə özünü Putin kimi aparır? – “O, Avropa liderlərinə qarşı da qəzəblidir”
06 Mart 2025 Verdyan İlham Əliyevə müraciət etdi: - Mənə sığınacaq verin
06 Mart 2025 PKK terror təşkilatının özünü buraxacağı tarix açıqlanıb
06 Mart 2025 Ehtiyat hissələri qaçaqmalçılıq yoluyla gətirildiyindən Rusiyanın mülki təyyarələri güvənli deyil
06 Mart 2025 Medvedev Zelenskini və Aİ rəhbərliyini bu sözlərlə təhqir etdi
06 Mart 2025 ABŞ daha Kiyevə kəşfiyyat məlumatları ötürmür - "Financial Times"
05 Mart 2025 Cinayətkarlar Putindən daha təhlükəlidir - Tramp
05 Mart 2025 İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
04 Mart 2025 "Sabah hər şeyi danışacam, Putin Rusiyasına..." - Tramdan gözlənilməz açıqlama

Dünyapress TV

Xəbər lenti