İcra hakimiyyəti park ərazisini kafe və restoranlara satır - VİDEO
Səbail Rayon İcra Hakimiyyəti camaatı barmağına dolayıb.

Avtosfer.az xəbər verir ki, may ayında paytaxtın Səbail rayonu Mirzə Mustafayev küçəsində yerləşən parkda restoranlardan birinin sahibinin öz obyektini qanunsuz böyütməyə çalışması ilə bağlı xəbər yayılmışdı.

Belə ki, Səbail parkında daha əvvəl yüngül, dəmir konstruksiyalarla tikilən kiçik ölçülü iaşə obyektinin böyüdülməsi ilə bağlı yayılan məlumatlardan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları söküntü işlərinin başladılması ilə bağlı açıqlama vermişdi. Hətta söküntü işlərinin foto və videoları yayılmışdı.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1724348921_2.jpg
Belə bir məqamda hər kəs həm Səbail Rayon İcra Hakimiyyətinin, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nə dərəcədə şəffaf fəaliyyətlərinin olması mövzusunda heç kəsdə şübhə qalmamışdı. Dünən axşam saatlarında vətəndaşlardan birinin redaksiyamıza göndərdiyi video və fotolardan sonra şübhə məsələsində bir neçə dəfə düşünməyə ehtiyac duyduq.

May ayında qanunsuz tikinti aparılması səbəbilə söküldüyü deyilən obyekt 4 ay sonra daş fasadlı və tam təmirli restoran kimi qarşımıza çıxır. Görünür, çəkiliş qrupları ərazidə olarkən, sakinlərin də ictimailəşdirdiyi fotolar əsasında obyektin söküldüyü düşüncəsi yaratmağa çalışan dövlət qurumları, çəkiliş qrupları ərazidən uzaqlaşdıqdan sonra sahibkarın özbaşınalığına göz yumub.

Daha əvvəl Səbail Rayonu İcra Hakimiyyətinin Gülbala Əliyev küçəsində elektrik enerjisini yolun bir hissəsinə verib, başqa hissəsində dayandırması və bu üsulla puluna qənaət etməsi ilə bağlı xəbər dərc etmişdik. Əhalinin istirahət ərazisi olan parkın artıq böyük hissəsinin restoran və digər iaşə obyektləri tərəfindən zəbt edilməsi İcra Hakimiyyətinin pul mövzusuna nə qədər ciddi yanaşdığı barədə də düşünməyə əsas verir. May ayında operativ şəkildə söküntü işləri ilə bağlı açıqlama verməkdən çəkinməyən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə yeni vəziyyətlə bağlı heç də operativ davranmayaraq icra hakimiyyətilə bu mövzuda ortaq hərəkət etdiyini təsdiqləyir.

Hələ avqustun 21-i Bakı Şəhər İcra Hakimiyyətində icra başçıları ilə keçirilən görüşdə Eldar Əzizovun qanunsuz tikililərlə bağlı xəbərdarlıq etdiyi hamıya məlumkən, Səbail parkındakı özbaşınalığa göz yummaq rayon rəhbərliyinin edilən xəbərdarlıqları nə qədər ciddiyə aldığının göstəricisidir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1724348922_3.jpg
Belə qurumların – komitə, icra hakimiyyəti və bələdiyyələrin başa düşmədikləri bir çox məqamlar var. Belə ki, bir rayonda hər hansısa obyekt, yaxud yaşayış binası tikilərkən, buna icazə belə verilməzdən əvvəl hər şey əvvəlcə rayonun, daha sonra isə ümumilikdə paytaxtın Baş planına uyğun layihələndirilməlidir. Ötən həftələrdə Nərimanov rayonunda küçədə kanalizasiyanın daşaraq ətrafa üfunət qoxusu yayması ilə bağlı məlumat vermişdik. Yəqin ki, Səbail Rayonu İcra Hakimiyyətində vətəndaşların sağlamlığı mövzusu ümumiyyətlə nəzərə alınmır. Belə qanunsuz tikintilərin aparılmasına şərait yaratmaqla Bakının Baş planı ilə bağlı layihələrin həyata keçməsindəki maneələrin əsas zəncirinə çevrildiklərinin fərqində olmurlar. Dövlət qurumlarının ərazidə əhali və ya abonent artımını nəzərə almadan “gözüyumulu” tikintilərə icazə verməsi, həm rayonun kanalizasiya, həm elektrik, həm də qaz təminatı mövzusunda problemlərlə üzləşməsinə səbəb olur (bu mövzunu başqa məqaləmizdə daha geniş araşdıraraq sizə təqdim edəcəyik).

Vətəndaşlar onların istirahət ərazilərində belə obyektlərin tikintisinə şərait yaradılmaması, ümumilikdə park və küçələrin zəbt edilməsinıə qarşı aidiyyəti qurumların təcili hərəkətə keçməsini tələb edib.

 
 
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...

Dünyapress TV

Xəbər lenti