Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni direktorla yeni "qanun"-lar - Xəstəxananı açıq bazara çevirib...
Bir neçə gün öncə Sabirabadda ana ölümü baş verib. Əzimova Sevinc Elman qızı doğuş zamanı dünyasını dəyişib. Artıq fakt ört-basdıır edilib. Belə işlərdə çox mahirdilər. Amma necə deyərlər, yerin də qulağı var. Məlumat gec-tez sızır. Bizə də Sabirabaddan sədalar gəlib çatır.
Keçən il Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Ənvər Lümənovun yerinə Həsən Hüseynov təyin edildi. Buna qədər o bir çox yerdə işləyib. Bərdə Diaqnostika Mərkəzi və s. Ən son işi Ağcabədi RMX direktoru olub. Deyirlər, Həsən doktor Sabirabada göndəriləndə Ağcabədidə deyirlərmiş buna görə yeddi qurban kəsilməlidir. Çünki rayonda səhiyyəni daha da pis günə qoyubmuş. Ondan əvvəlki direktoru korrupsiya əməllərinə görə dövlət orqanları cəzalandırmışdı. Bundan sonra gözləyirdilər ki, Həsən doktor ciddi bir düzəliş edər. Ancaq bu da elə köhnə qayda ilə davam edib. Camaat şikayəti günü-gündən artırdı. İndi də "iş təcrübəsi"ni adamları ilə birlikdə Sabirabada daşıyıb. İşlərini Elnur adlı ağxalatlı əlaltısı vasitəsi ilə düzüb qoşur. Məsələn, deyilənə görə Rasim Gözəlov adlı həkimi 30 min manat qarşılığında rayon poliklinikasına müdir qoyub. Rasim həkim əvvəllər VTEK deyilən əlilliyin təyin edildiyi agentlikdə işləyib. Saxta sənədlər verməkdə usta olub. Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən azad olunub. İndi isə Həsən doktorun əsas kadrlarından biridir. Rasim gizli işləri, saxtalıqları Alıyev Cavanşir Cabbar oğlu ilə görür. Hər gün axşam işdən sonra Həsənə hesabat verilir. Hamısının da aylıq "hörmət" öhdəliyi var.
Tahir Mehdiyev adında adamı təcili yardıma müdir təyin edib. Tahir Sabirabadda patoloji ekspertizanın rəisi olub. Korrupsiya idarəsi tərəfindən saxlanılıb, 6 il iş alıb. O vax cavan katibəsi bədbaxt etdiyi barədə danışırlar.
Həsən Hüseynovun "ehtiyat cib"lərindən biri isə Saatlıdan gətirilmiş Raqib Əliyevdir. Deyirlər, xəstədən çox cibləri yoxlamağı yaxşı bacarır.
Həsən doktorun daha bir üsulunu da bilin. Əslində bu hallar tək Sabirabadda olmur. Xəstələri əvvəldən anlaşdıqları özəl klinikalara yönəldirlər. Göndərilən xəstə sayına uyğun olaraq geri ödəniş gəlir. Yəni cibdən cibə. Dövlət büdcəsini yan keçərək. Məsələn, Həsən doktor işini PHOTOMED klinikası ilə görür. MRT, KT üçün vətəndaşlara zəng edilir və israrla PHOTOMED klinikasına gəlmələri istənilir. Az qala məcbur edilirlər...Daha xəstəxana daxilində Həsən doktorun qoyduğu qiymətləri yazmıram. Yazsam, uzun bir siyahı çıxacaq. O da qalsın başqa yazıya.
Sima Babayeva
TEREF
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı

Dünyapress TV

Xəbər lenti