Xırdalan şəhər 2 nömrəli orta məktəbin direktoru Gülnaz Kərimova hansı qanunlarla işləyir? Aparılan yoxlamanın nəticələri məqsədli şəkildə Elm və Təhsil Nazirliyindən, hətta hüquq-mühafizə orqanlarından da gizlədilir.Yenixeber.org: Redaksiyamıza tanınmış jurnalist, AYB-nin və Jurnalistlər Birliyinin üzvü, Pənah Azərinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinin iş fəaliyyəti ilə bağlı növbəti araşdırma yazısı daxil olub. Məlum qayda və prinsiplərə uyğun olaraq yazıda yer iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:
Araşdırma- 9. Apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, Abşeron-Xızı Regional İdarəsinə rəhbər təyin olunan İlhamə Abdullayeva, əvvəllər Bakı şəhər 116 nömrəli orta məktəbdə direktor vəzifəsində işləmişdir. Qohumu (xala nəvəsi — Ağstafada doğulsa belə) Gülnaz Kərimovanı Xırdalan şəhər 2 nömrəli orta məktəbə, xalası qızı Arifə Balakişiyevanı Bakı şəhəri 44 nömrəli orta məktəbdən Xırdalan şəhər 1 nömrəli orta məktəbə, həmyerlisi və qohumu olan Səkinə Abbasovanı isə, Qobu qəsəbəsindəki orta məktəbdən yüksək səviyyədə tikilmiş və 2022-cü ildə istifadəyə verilmiş Saray qəsəbəsindəki 2 nömrəli orta məktəbə direktor təyin etdirmişdir. (Sonuncular barədə araşdırmalarımız davam edir ). Gülnaz Kərimova əvvəl işlədiyi, hansı ki, şagird kontingenti təxminən 1400 (min dörd yüz ) nəfərə yaxın olan Bakı şəhəri, Xətai rayonu 116 saylı məktəbə direktor təyin olunana qədər, həmin məktəbin Bakı şəhərindəki məktəblər üzrə reytinqi 10-cu yerdə olmuşdur. Gülnaz Kərimova 116 nömrəli məktəbdə direktor vəzifəsində işlədiyi müddət ərzində, məktəbin reytinqi 69-cu yerə düşmüşdür. Belə olan halda sual oluna bilər ki, İlhamə Abdullayeva qohumu olan Gülnaz Kərimovanı hansı xidmətlərinə görə respublikamızda ən çox şagird (6300 şagird və 430 müəllim) və müəllim kontingenti olan Xırdalan şəhər 2 nömrəli orta məktəbə direktor təyin etdirir? Nəzərə alsaq ki, adıçəkilən bu məktəbdə lazımi səviyyədə təşkilatçılıq qabiliyyəti olan, məktəb direktorluğu üzrə keçirilən test imtahanlarından keçən, ali təhsilli və elmi dərəcəsi olan, bacarıqlı və işgüzar kadrlar yetərincədir. Sual oluna bilər ki, İlhamə Abdullayevanın marağı nə olub ki, o, məktəbin TARİFAKASİYASINI işləməyi bacarmayan bir şəxsi, tabeliyində olan təhsil müəssisəsinə direktor təyin etdirir?
Araşdırma- 10. Gülnaz Kərimova 2 nömrəli tam orta məktəbin təhfil-təslim aktından sonra, əvvəlki direktorun səlahiyyətlərini icra edən Nərgiz İsmayılovanın vaxtında 41 761 (qırx bir min yeddi yüz altmış bir) manat məbləğində olan invertar əşyaların çatışmazlığının üstünü bağlayır. Məktəb kollektivinin etdiyi şikayətlər Elm və Təhsil Nazirliyinin AUDİT və Daxili Nəzarət şöbəsi (DNŞ) tərəfindən yoxlanmalı olduğu halda, İlhamə Abdullayeva yoxlama işlərini regionun əməkdaşları, hansı ki, özünə yaxın olan şəxslər tərəfindən səthi və bayağı yoxlatdırır. Yoxlama zamanı mənimsənilmiş, yaxud da talan edilmiş dövlət əmlakının üstü ört-basdır olunur. Əslində, bunun özü böyük bir cinayət faktorunun olmasını ortaya qoyur. Aparılan yoxlamanın nəticələri məqsədli şəkildə Elm və Təhsil Nazirliyindən, hətta hüquq-mühafizə orqanlarından da gizlədilir. Sual olunur ki, İlhamə Abdullayevanın və Gülnaz Kərimovanın qol qoyulan cinayət əməlinin gizlədilməsində marağı nə olur?Qeyd edək ki, 41 761(qırx bir min yeddi yüz altmış bir) manatı mənimsəmiş Nərgiz İsmayılova, bu gün də öz vəzifəsindədir.
Araşdırma- 11. Araşdırmalarımız zamanı o da məlum olmuşdur ki, 2022- ci ilin noyabr ayında direktor Gülnaz Kərimova, beş iş günü işdə olmadığı halda, bütün ayı özünə əmək haqqı hesablatdırır və belə bir qanunsuzluğu imzası və möhürü ilə təsdiq edir. Əslində onun belə bir hərəkəti CM-nin 308-ci və 309-cu maddələri ilə, yəni “Vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə müəyyən olunur. Buna baxmayaraq, İlhamə Abdullayeva tərəfindən məktəb direktoru barəsində heç bir tədbir görülmür. Niyə və nəyə görə?
Araşdırma -12. 2022-ci ilin dekabr ayında “Ümrə” ziyarətinə gedən Nahidə Abbasovaya məktəb direktoru Gülnaz Kərimova tərəfindən qanunsuz icazə verilir və onun iş günləri də qeyd olunur. Məktəb direktorunun belə bir əməli haqda İlhamə Abdullayeva məlumatlı olsa da, o, direktorla bağlı heç bir tədbirini görmür.
Araşdırma- 13. Məlum olmuşdur ki, 2022-2023-cü ilin tədris-buraxılış ilində təxminən 47 nəfər şagird qeyri-qanuni yollarla məktəbi başa vuraraq attestat alırlar. Yəqin ki, bütün bunlar heç də “şifahi salam”la ötüşmür. Adının çəkilməsini istəməyən “N” adlı valideyn qeyd edir ki, “Bu hörmətin müqabilində Gülnaz Kərimovaya 1000 manat pul ödəmişəm”. Belə olduğu halda, hər şagird hesabına görə Gülnaz Kərimovanın cibinə daxil olan məbləği hesablamaq, yəqin ki, sadə vətəndaş üçün də çətin olmaz (47 x 1000 = ? ).
Araşdırma- 14. Niyə məktəbdə şagirdlərin davamiyyətinə direktor özü yox, texniki işçilər nəzarət edirlər?
Araşdırma -15. Məktəbin futbol meydançası Orxan adlı şəxsə saat 9:00-dan axşam saat 18:00- a qədər hansı məqsədlə və hansı əsasla icarəyə verilib?
Araşdırma-16. Müəlimlərin işə davamiyyəti məktəb rəhbərliyi tərəfindən yox, məhz Gülnaz Kərimovanın “kuryer” deyə saxladığı texniki işçilər tərəfindən həyata keçirilir? Hansı qanunla və hansı maraq əsasında?
Araşdırma -17. Gülnaz Kərimova üçün heç bir imtahanda iştirak etməyən Şəhla Əliyeva kimdir? — direktor müavini, müllimə, yoxsa şəxsi üçün xörək bişirib qab- qaşığını yuyan xadiməçi?
Araşdırma -18. Gülnaz Kərimovaya hansı nailiyyətlərinə görə, İlhamə Abdullayeva tərəfindən Xırdalanda yeni tikilmiş 11 nömrəli tam orta məktəb filal olaraq həvalə olunur?
Araşdırma -19. Gülnaz Kərimova özünün istirahət üçün məktəbi qeyri-qanuni olaraq beş günlük iş rejiminə keçirib. Nəzərə alsaq ki, məktəbdə irili-xırdalı (sinif otaqlarının tutumu çox xırdadır) 89 sinif otağı olduğu halda, məktəbdə 204 sinif komplekti mövcuddur. Həmçinin, bu sinif komplektlərinin 27 sinfi, yəni ibtidai rus bölməsi Xırdalan şəhər 3 nömrəli məktəbdə təhsil alırlar. Belə məlum olur ki, Xırdalan 2 nömrəli məktəbdə 177 sinif komplektləşdirilib. Birinci növbədə 89 sinif otağına qarşılıq olaraq 89 sinif komplekti, ikinci növbədə isə 88 sinif komplekti daxil olur. Maraqlıdır, bölünən saatlar necə olur? Mövcud qaydalara uyğun olaraq 1- ci növbə dərslər saat 8:00-da başlayır və 13:50-də başa çatır. İkinci növbə dərs saatı 13:55-də başlayır və saat 19:40-da başa çatır. Məktəbin həyətində sahibsiz itlər insanlara hücum edir və bunun insan həyatı üçün nə qədər təhlükəli olması göz önünə gətirilməlidir. Əlavə edim ki, məktəbin beş günlük olması barədə pedaqoji şurada iştirak edən müəllimlərin və texniki işçilərin heç biri rəsmi dövlət sənədi ilə tanış olmurlar və onlar həmən sənədlərə imza da atılmayıblar.
Araşdırma-20. Məktəbə gəlməyən şagirdlərin qiyməti — rus bölməsi üçün 1500- 2000 AZN, Azərbaycan bölməsi üçün 1000 -1500 arasında dəyişir. Əslində, belə bir halın varlığı biabırçılıqdır.
Ardı var.
TEREF olaraq yazıda adları keçən hər kəsin cavb haqqını tanıyırıq.