Sumqayıt Dövlət Universitetinin yeni rəhbərliyinin iştahası deyəsən, çox güclüdür. Dia-az.info bildirir ki, bu barədə yerli sakinlər həyəcan təbili çalır. Sumqayıt sakinləri yazır:
"Sumqayıt Dövlət Universiteti ilə üzbəüz Bazarstore supermarketin yanında, köhnə "Term" ticarət mərkəzi olan mağaza və ətrafındakı onlarca çoxillik ağaclar olan yaşıllıq sahə hasara alınıb.
Ümid edək bu ağaclar hər hansı yeni tikintinin qurbanı olmayacaq".
Sakinlər iddia edir ki, baş verənlər SDU-nun yeni rəhbərliyinin sifarişi ilə həyata keçirilir.