“Mənə deyir ki, 1000 manat ver, sənə sosial yardım düzəldək…” – LAÇIN SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR
Laçın rayonu, Ərikli kənd sakini, hal-hazırda Şirvan şəhərində yerləşən qaçqın qəsəbəsində yaşayan Aslanzadə Yaşar Elbrus oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, bütün sənədləri qaydasında olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona sosial yardım təyin etmir:

"Mən, Aslanzadə Yaşar Elbrus oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

İki azyaşlı övladım var. Ailədə işləyən təkcə mənəm. Ümumi evin gəliri 120 manat, çörək pulu və "OBA" marketdən aldığım cəmi 350 manatdır. Adımızda torpaq sahəsi, yaxud da maşın yoxdur.

2 dəfə sosial yardım üçün müraciət etmişəm, hər dəfə bir bəhanə ilə imtina ediblər. Əvvəlcə dedilər ki, abonent kodunuz yoxdur, 2-ci dəfə isə “əmək haqqınız sistemdə görünmür”, - dedilər. Rəsmi qaydada çalışıram, qanuni əmək haqqı alıram, amma, guya onların sistemində görünmür.

Bütün sənədlərim hazırdır, qanunla mənə sosial yardım düşür, amma bəhanələr edərək vermirlər. Bir adam var, mənə deyir ki, 1000 manat ver, düzəldək. Mənə düşür ki, o adam düzəltmək istəyir.

142 qaynar xəttə zəng vurmaqdan yorulmuşam. 15 iş günü sənədi yoxlamalı olduqları halda, sənədi 25 günə göndərirlər. Əsas səbəb nədir onu bildirsələr, mən də həmin problemimin həlli üçan çalışardım".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın müraciətinin araşdırılacağı bildirildi.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-11_1699032414_2.jpg
Jalə FAMİLQIZI
 

Bölmənin digər xəbərləri

01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..

Dünyapress TV

Xəbər lenti