Bakının Nizami rayonundakı meşə zolağında qanunsuz tikinti işlərinin aparılmasına hazırlıq görülür.
Yenicag.az xəbər verir ki, jurnalist Pərvin Abışova Nizami rayonu Çoban Bəkirzadə küçəsindəki meşə zolağının daxilində qanunsuz tikinti üçün hazırlıq işlərinin başladığını və təməl qazıldığını təsdiqləyən videomaterial paylaşıb. Materialda qeyd olunur ki, bəhs edilən ərazidə bir müddət əvvəl baş verən yanğından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən görülən “tədbir və cərimələmələr”dən vəziyyəti düzəlmək əvəzinə, daha da pisləşib.
Jurnalist qeyd edib ki, oradakı ağacların məhvinin və hazırlıq görülən tikinti işlərinin gözdən uzaq qalması üçün rayon rəhbərliyi ərazidən keçən yolu da bağlayıb.