DİQQƏT: Direktor ancaq QIZIL HƏDİYYƏSİ qəbul edir... - İLGİNC İDDİALAR...
Xatırladaq ki, bir neçə il bundan əvvəl aktualxeber.az saytında “Kollec direktoru təhsil ocağını bazara çevirib” və “Kollecdə direktorun müəllimə bacısının şok əməlləri” başlıqlı məqalələr dərc etmişdik. Həmin yazılarda BDU-nun nəzdindəki Bakı İqtisadiyyat və Humanitar Kollecinin o zamankı direktoru Rüxsarə Əliyevan təhsil ocağını rüşvət yuvasına çevirməkdə ittiham edilirdi. O zaman R.Əliyevanın tələbələrdən müxtəlif adlar altında pul toplanması adi hal almışdı. Bundan əlavə, kollecdə “ölü ştatlar” var idi. R.Əliyevanın qohum-əqrəbasının, dost-tanışının bir çoxunun adı kollecdə gedirdi. Hər ay onlar üçün dövlət büdcəsindən maaş ödənilir və kollecdə bu şəxsləri tanımırdılar. Kollec direktoru tələbələrdən alınan pulları bacısının əliylə toplayırdı. Təsəvvür edin ki, bir vaxtlar direktor süpürgəçi Fazilə xanımın maaşını belə mənimsəyibmiş. Pul yığımı kompaniyası o qədər geniş vüsət almışdı ki, bu proseslərə tədris hissə işləri üzrə direktor müavini İradə xanım, Həmkarlar İttifaqının sədri Tamara Rüstəmova da cəlb olunmuşdular. Kollecdə baş verənləri tam nəzarətdə saxlamaq üçün R.Əliyeva daha da irəli gedərək bacısı Sədaqəti və qardaşı Elxanı ümumi nəzarət üçün yanına gətiribmiş. Direktorun qardaşı Elxan kadrlar və mühasibatlıq şöbəsinin işinə nəzarəti tam əlinə götürübmüş. Sədaqət xanım isə pul yığımı kompaniyasında həm iştirak edir, həm də ümumi prosseslərə nəzarət edir. Onun bir neçə adamdan iş düzəltmək və s. işlər adı altında böyük məbləğlər aldığı üçün polisə düşdüyü də deyilirdi. Diqqət cəlb edən məqamlardan biri də kollec direktoru Rüxsarə Əliyevanın ad günü münasibətilə müəllimlərdən pul toplaması idi ki, bu ənənə bu gün də davam edir.

Belə ki, Rüxsarə Əliyevanın işdən azad olunmasından sonra, yəni 2021-ci ildən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Səhər Orucovanın 12 noyabrda ad günü olacaq. Yeni direktor da köhnə ənənəni pozmayaraq müəllimlərə və şöbə müdirlərinə tapşırıb ki, ad gününə ancaq qızıl alsalar hədiyyə kimi qəbul edə bilər. Bundan əlavə yeni direktor pul yığmağın da təzə üsullarını icad edibdi. Məsələn zəif oxuyan tələbələri özünə məxsus kursda ödənişli əsaslarla, hər fənndən 60 manat olmaqla oxumağa məcbur etdirir. Ora adı düşməyənlərin isə qiymət almaları müşkülə çevrilir. Ona görə də tələbələr məcburən kursa yazılmalı olurlar. Pul yığanların isə sadəcə adları dəyişibdi. S.Orucovanın özü ilə BDU-dan gətirdiyi Günay və Gülnar bacıları direktorun əsas adamı kimi həm pul yığımına baxırlar, həm də kursa gedəcək tələbələrə nəzarət edirlər. Bundan əlavə qapıda tələbələrin telefonlarını yığmaq adıyla qapıda duran nəzarətçi sumkadakı suları, şirniyyatları, təbii şirələri “müsadirə edərək” zibil qutularına atırlar. Məqsəd isə birdir. Direktora məxsus olan və akt zalının yanında yerləşən keçmişdə anbar olmuş, indiki gizli şəkildə işlətdiyi şirniyyat sexində bişirilənlərin satılmasıdır. Çünki acmış tələbə məcbur qalıb oradan nəsə almalıdır. Kollecin bufeti yeni təmir olunanda yemək gətirmək qadağan deyilmiş. Sex açıldlqdan sonra bu qadağalar qüvvəyə minibdi. Bütün yuxarıda qeyd etdiyimiz faktları tələbələr sosial şəbəkələrdə paylaşıblar. Səhər Orucovanın sürücüsü Kamil və keçmiş təsərrüfat müdiri Elnurun əməllərini isə yazmağa mentalitetimiz yol vermir. Ümidvarıq ki, yazdıqlarımız BDU rəhbərliyi və Elm və Təhsil Nazirliyi üçün də maraqlı olacaqdır və tezliklə lazımi tədbirlər görərək günahkarları da cəzalandıracaqlar.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//
 

Bölmənin digər xəbərləri

26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Dünyapress TV

Xəbər lenti