Yaşıllıqları qırırlar və buna hamı biganədir - NZS-də təhlükəli vəziyyət yaranıb... VİDEO
Bu ilin yayənda paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular və yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədilər.
Sözügedən ərazidən qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.
Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verilsə də, təəssüflər olsun ki, ərazidə potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyası səngiməyib. Adları çəkilən qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.
Sakinlərin mətbuatda ictimailəşmiş sözlərinə görə, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib-becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.
İnternet resurslarında hasara alınmış həmin ərazidə tikintisi aparılan obyektin görüntüləri də durur. Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.
Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Neft Emalı Obyektlərinin Xətai rayon Mühafizə İdarəsinin rəisi cənab Niyaməddin Eyvazovu istisna etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, rəisin, müavini Əli müəllimin və manqa komandiri Qafarın əməllərindən xəbəri yoxdur. Qeyd olunur ki, Neft Emalı Obyektlərinin Mühafizəsi İdarəsindən rəis müavini Əli, polis serjantı Qafar, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.
Cavabdeh qurumlar sırasına əlbəttə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhərinə nəzarət edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də aiddir. Maraqlıdır ki, sözügedən ərazidə ağacların kəsildiyi təqdirdə hesablaşılmalı olan şəxslər sırasında polis serjantı Qafardan söz düşəndə bəzi adamlara elə gəlir ki, Regional İdarənin rəisi Qafar Ağayevdən söhbət gedir. Halbuki, ərazidə yaşıllıqların məhvi daha çox İdarənin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri Şakir Quliyevin işlədiyi dövrə təsadüf etmişdi.
Mövzuya qayıdacağıq.
Azerinfo.info

 

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti