İş adamı 100 min pul qoyduğu obyektdən qovulduğunu deyir:
Azərbaycanlı iş adamı öz ölkəsində ona qarşı edilən qanunsuz əməllərlə bağlı aidiyyəti qurumlara şikayət ünvanlasa da, hüquqlarını bərpa edə bilmədiyini deyir.
Teref.az yazır ki, bu barədə oxu.az-a elə şikayətçinin özü, “ELLLIS CATERING” MMC-nin təsisçisi, iş adamı Cəmil Tağıyev müraciət edib.
C.Tağıyev deyir ki, 2020-ci ildə sözügedən restoran hələ başqaları tərəfindən icarədə olanda o, həmin iaşə obyektinin marketinq işlərini aparıb:
“Həmin ərəfələrdə mən marketinqlə bağlı yardım edirdim. Lakin sözügedən obyektin sahibi artıq onlarla işi dayandırmaq istəyirdi. Mən öz təşəbbüsümlə həmin obyekti icarəyə götürüb işlətmək istədiyimi bildirdim. Beləliklə 2021-ci ildə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 12 ünvanında yerləşən Hicran Ağacavad qızı Şahmarovaya məxsus olan qeyri-yaşayış sahəsini müqavilə əsasında 4 il müddətinə icarəyə götürdüm. Prosesləri Hicran Şahmarovanın etibarnamə verdiyi Natiq adlı şəxs aparırdı. Borc-xərc tapıb həmin obyektdə restoran açmaq məqsədilə əsaslı təmir işləri gördüm. Reklam lövhələri, müasir avadanlıqlar, işıqlandırma sistemi, bahalı qablar, servizlər və s. aldım. Ümumilikdə təqribən 100 min manata yaxın vəsait xərclədim. Fevral ayında açılış etdik və hər gün şou-proqramlı bir ailəvi məkan kimi fəaliyyət göstərdik. Bu işi bildiyim üçün sərmayə qoydum ki, uzunmüddətli perspektivdə həm qoyulmuş pulu çıxaracağam, həm də müəyyən gəlir əldə edəcəyəm. Bakıda fəaliyyət göstərən restoranlar içərisində bizim məkan istər menyusu, istər proqramları, istərsə də atmosferi ilə digərlərindən seçilirdi. Lakin arada bu Natiq adlı şəxs yanında Əfqan adlı biri ilə işlərimə müdaxilə etməyə başladılar. İşə götürəcəyim, işdən çıxaracağım şəxslərlə bağlı göstəriş verməyə, menyuya və digər məsələlərə diktə etməyə çalışdılar. Mən onların dediyi bir neçə şəxsi işə götürdüm, amma obyektdə ən xırda söhbət belə kənara çıxmağa başladı. Mən artıq ədalətli şəkildə səhv edən işçiləri çıxarmağa başladım”.
C.Tağıyev deyir ki, H.Şahmarova ilə bağladığı müqavilənin müddəti 4 illik olsa da, qiymətlərin qalxdığını deyərək artıq pul tələbinə başlanılıb:
“Mən aylıq 2 min manat icarə ilə 4 illik müqavilə bağlamışam. Ödəmələrdə də heç bir gecikmə olmayıb. Hətta mən onlara bu icarə haqqı ilə yarım ilin ödənişini etmişəm ki, işimi davam edim. Onlar da mənimlə razılaşıb 5 aylıq 10 min manat pulu götürüb getdilər. Bir kağız yazıb verdilər mənə. Lakin bir müddət sonra həmin Əfqan adlı şəxs gəlib mənə obyektdən çıxmalı olduğumu dedi. Mən “danışıqlar, razılaşmalar, müqavilə var”, – deyib etiraz etdim. Amma onlar israrla mənim çıxmağımı dedilər. Mən də bura qoyduğum xərci mənə geri ödəyəcəkləri halda çıxmağı qəbul etdim. Onlar isə mənə dedilər ki, “sənə bir qəpik də verilməyəcək”. Avqust ayının ortasında mənim işçilərimi küçəyə atıblar. İşçilərim belə gəlmədən qeyri-qanuni şəkildə obyektə daxil olub, axşamdan qalan masaları və s. bəhanə edərək şikayət etdiklərini dedilər. Orada çəkiliş etdilər, mən çəkiliş edəndə isə telefonumu alıb yerə vuraraq sındırdılar. Bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazaraq üzərimə hücum çəkildiyini, telefonumun sındırıldığını dedim. Polis isə mənə məsələnin məhkəmə prosesi ilə həll edilməli olduğunu dedi”.
C.Tağıyev obyektin ona təhvil verildikdən 6 ay sonra həmin yer sahibi tərəfindən başqa şəxslərə icarəyə verildiyini deyib:
“Obyekt mənə icarəyə verildiyi qiymətdən 3-4 dəfə artıq qiymətə üçüncü şəxslərə icarəyə verilib. Pozulmuş hüquqlarımın bərpa edilməsi üçün vəkil tutdum və məhkəməyə müraciət etdim. Bakı Kommersiya Məhkəməsinin 27.05.2023-cü il tarixli qətnaməsi ilə H.Şahmarovanın hərəkətləri qeyri-qanuni hesab edilib. Mənim obyektdən istifadə hüququm bərpa edilib və H.Şahmarovanın üzərinə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi qoyulub. Məhkəmə qərarının 2022-ci ilin dekabr ayından icraya yönəldilməsinə baxmayaraq, H.Şahmarova icra sənədi üzrə tələbi yerinə yetirməyib, icra məmurunun qanuni çağırışlarına gəlməyib. Məhkəmə qərarının icrasından yayındığına görə cari ilin iyul ayının 7-də Ədliyyə Nazirliyinin Səbail rayon İcra və probasiya şöbəsi borclunun axtarılması haqqında Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. Nəhayət, 24.07.2023-cü il tarixdə borclu H.Şahmarova axtarışa verilib.
Polis araşdırması zamanı bəlli olub ki, o, Azərbaycan hüdudlarından kənardadır və 05.08.2023-cü il tarixdə respublikaya geri dönəcək. Lakin buna aid heç bir sənəd yoxdur. Bildiyiniz kimi, şəxs respublika üzrə axtarışa verildikdə o, Azərbaycan Respublikasına daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən saxlanır və axtarışı vermiş quruma məcburən gətirilir. Bundan sonra Səbail rayon İcra və probasiya şöbəsinin rəisi Anar Qocayev tərəfindən Nərimanov Rayon Polis İdarəsinə axtarış işinə xitam verilməsi haqqında məktub ünvanlanıb. Borclu bu vaxta qədər icra məmurunun heç bir çağırışına gəlmədiyi təqdirdə Anar Qocayev “zərurət aradan qalxdığı üçün” axtarış işinə xitam verilməsini istəyib. Guya H.Şahmarova dəvət edilib, izahat yazıb ki “etiraz eləmirəm, maneçilik törətmirəm, işləsinlər”. Bu isə kompüterdə yazılıb. Nə şəxsin imzası var, nə də əlyazma formasında izahat nüsxəsi var. Bunun əsasında şəxsin axtarışını da saxlayıblar. Anar Qocayevin bu qeyri-qanuni hərəkəti ilə bağlı dərhal Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə əlaqə saxladıq. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində bizi qəbul edən rəsmi nümayəndəyə şikayətimizi bildirdik. İcra məmuru Səbuhi Əhmədovun öhdəliyində olduğu işi qanunamüvafiq formada icra etmədiyini, Səbail rayon İcra və probasiya şöbəsinin rəisi Anar Qocayevin məsələ ilə bağlı qanunsuz qərar verdiyini bildirdik. Lakin təəssüf ki, heç bir tədbir görülmədi.
Axtarışın götürülməsi haqqında məktubun hansı səbəbdən verilməsini öyrənmək üçün Səbail rayon İcra və probasiya şöbəsinə getdim, lakin məsələni aydınlaşdıra bilmədim. Maraqlıdır ki, Anar Qocayev axtarış üçün zərurətin aradan qalxdığını dedikdə nəyi nəzərdə tutur? İcra şöbəsi hansı səbəbdən axtarışın dayandırılması barədə müraciət edib? Təəssüf ki, aidiyyəti üzrə şikayətlərim bütün aidiyyəti orqanlarda cavabsız qalıb. Məhkəmə sistemi ədalətli qərar qəbul edir, lakin icra şöbəsi qərarın icrasına maneə yaradır və məhkəmə qətnaməsi bir kağız parçası kimi qalır. Əgər sahibkar investisiya yatırıb fəaliyyət göstərir, dövlət büdcəsinə vergi ödəyirsə, lakin dövlət sahibkarın haqlı mənafeyini müdafiə edə bilmirsə, o zaman bu məhkəmə institutu niyə lazımdır?! Niyə lazımdır notarial qaydada müqavilə bağlamaq, niyə lazımdır mediasiyaya, sonra məhkəməyə müraciət etmək, onlar üçün rüsumlar ödəmək?!”
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etsək də, müraciətimizə heç bir cavab verilmədi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835742_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835744_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835746_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835748_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835749_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835751_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835752_7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835752_8.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-09_1694835754_9.jpg
Qarşı tərəfin etibarnamə ilə proses üzrə məsul şəxs hesab etdiyi Natiq Haşimov isə onlar barədə C.Tağıyevin irəli sürdüyü iddiaların əsassız olduğunu deyib:
“Qarşı tərəfin irəli sürdüyü iddialar həqiqəti əks etdirmir. Biz bu proseslə bağlı iki məhkəmə prosesində qalib gəlmişik. Hələ də məhkəmə prosesi davam edir. Proses yekunlaşdıqdan sonra mən yekun qərarla bağlı ictimaiyyətə məlumat verəcəyəm”.
 

Bölmənin digər xəbərləri

27 Noyabr 2024 Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
27 Noyabr 2024 Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
27 Noyabr 2024 Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu
27 Noyabr 2024 ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
26 Noyabr 2024 “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
26 Noyabr 2024 Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
26 Noyabr 2024 "Kristal Abşeron"un "Aznet"lə soyğunçu monopoliyası: ...
26 Noyabr 2024 Avtopark müdiri İdarə rəisi Samir Cəbrayılovun özbaşına əməllərindən Prezidentə müraciət etdi
26 Noyabr 2024 Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
26 Noyabr 2024 Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO
26 Noyabr 2024 Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
26 Noyabr 2024 Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Dünyapress TV

Xəbər lenti